04 apr 13:20Sosial

Bayıldakı sürüşmə zonasının sakinlərinə kompensasiya necə hesablanacaq? - Baş nazirin müavini açıqladı

Bayıldakı sürüşmə zonasının sakinlərinə kompensasiya necə hesablanacaq? - Baş nazirin müavini açıqladı"Bayılda sürüşmə zonasında uçan 6 ev üçün kompensasiya yaxın 10 gün ərzində veriləcək".

Bunu baş nazirin müavini Abir Şərifovbildirib. A. Şərifov deyib ki, kompensasiya hər ev üçün kvadrat/metrə uyğun hesablanacaq: "Ancaq iymətləndirmə "Sovetski"dəki kimi olmayacaq. Çünki Bayıl sürüşmə zonasında tikiilən 97 ev sənədsiz, qanunsuzdur. İstənilən halda vəsait hər kvadrat/metr üçün vəsait hesablanacaq. Vəsaitin miqdarını indidən demək olmaz".

A.Şərifov bildirib ki, Bayıl sürüşmə zonasından köçürülməli olan 97 ailəyə birdəfəlik kompensasiya verilməsi məsələsi üzərində çalışılır. "Amma bu, asan məsələ deyil'.

A. Şərifov deyib ki, 97 evin köçürülməsini istəyirlər. "Vəsait məsələsinin həllinə çalışırıq", - deyə baş nazirin müavini qeyd edib.

Qeyd edək ki, bir müddət əvvəl Bayılda sürüşmənin aktivləşməsi nəticəsində ərazidəki 6 evə ziyan dəyib, 90-dan çox evin sakini ərazidən köçürülüb. Sürüşmə zamanı tam dağılmış fərdi yaşayış evlərinin sahiblərinə veriləcək birdəfəlik kompensasiyanın məbləği müəyyən edilərək Nazirlər Kabinetinə təqdim olunub.

Köçürülən ailələrə 11 aylıq kirayə haqqı verilir.

apa
loading...
XƏBƏR LENTİ