31 mar 22:45Sosial

Mirsamir Məmmədov: "1918-ci ilin qətliamları miqyasca 20-ci əsrin ən böyük soyqırımıdır!"

Mirsamir Məmmədov: "1918-ci ilin qətliamları miqyasca 20-ci əsrin ən böyük soyqırımıdır!"Erməni daşnaqları həm çar dövründə, həm də sovet dövründə ruslarla birgə hərəkət edərək Azərbaycanın bütün ərazilərində təxribat əməlləri, terrorlar və kütləvi qırğınlar həyata keçiriblər..

Bunu ermənilərin 1918-20-ci illərdə törətdiyi qətliamlardan danışarkən, politoloq Mirsamir Məmmədov deyib.

Politoloq erməni vəhşiliklərindən geniş bəhs edərək bildirib ki, ermənilər hər zaman‚ bütün tarix boyu Azərbaycanlılara qarşı dəhşətli təxribatlar‚ kütləvi qətliamlar‚ soyqırım aktları törətmişlər. Erməni millətçiliyinə xidmət edən hər bir kəs Azərbaycan adına son dərəcə barışmaz düşmən mövqeyindən yanaşmışdır və bu günə qədər də bu mənfur siyasət eynən davam etdirilməkdədir. 1918-ci ilin mart soyqırımı da bu siyasətin nəticəsidir. Şovinist erməni millətçiləri və rəhmsiz rus bolşevikləri birgə şəkildə Azərbaycanın bir çox ərazilərində dəhşətli kütləvi qətliamlar törətdilər‚ xalqımıza amansız divan tutdular. Quba‚ Şamaxı‚ Bakı və bir çox ərazilərdə kütləvi qırğınlar törədərək əsrin əvvəlində şovinist erməni millətçilərindən ibarət vandallar əsrin ilk soyqırımlarından olan "31 mart Azərbaycanlıların Soyqırımı"nı törətdilər. Toplam 10 minlərlə insanın qətl edildiyi soyqırım aktı miqyasca çox böyük bir qırğın idi. Azərbaycanın hər qarışını əhatə edən qətliam aktı əsrin ən böyük insan tələfatlarından idi və mahiyyətcə əsrin soyqırımı faktıdır.

Şovinist erməni millətçilərinin etnik təmizləmə siyasətinin təməli olaraq başlanan qanlı faciələr xalqımızın gözünü qorxudub‚ erməni maraqlarını təmin etmək və tarixən xalqımıza qarşı olan kin və nifrətin‚ etnik və milli düşmənçiliyin aşkar təzahürü idi. Bu hal Sovet əsarəti dövründə də ən açıq şəkildə davam etdirilmiş‚ xalqımıza qarşı həyata keçirilən genasid siyasəti milli mənliyimizə‚ milli folklorumuza‚ tariximizə xalqımızın milli ruhuna‚ coğrafi adlarımıza‚ milli mənsubiyyətimizə qarşı planlanmış və bu siyasət 70 il ərzində şiddətli şəkildə davam etdirilmişdir. Sovet əsarətindən xilas olduqdan sonra da erməni daşnaqlarının etnik təmizləmə siyasəti davam etdirildi. Xalqımıza və ölkəmizə qarşı məkrli erməni lobbisi tərəfindən iyrənc şəkildə geniş platformadan mənfur düşmənçilik siyasəti həyata keçirilməyə çalışılır. Hər zaman xalqımıza düşmən mövqedə olan bir çox düşmən qüvvələr də erməni lobbisinə bu mənfur və iyrənc əməllərdə yardım edir. Xalqımızın tarixən tək düşməni şovinist erməni millətçiliyi olub və bu gün də vahid düşmənimiz eyni siyasəti davam etdirən mənfur erməni lobbisidir. Ermənilərin xalqımızın başına gətirdiyi bəlalar və misli görünməyən müsibətlər saysız hesabsız olub. Erməni millətçiləri dayanmadan xalqımıza qarşı mənfur əməllər həyata keçirtmiş və tarixin ən qanlı məşəqqətlərini xalqımıza yaşatmışlar. Yaşanan bütün bu faicələrə hər zaman dünya birliyi tərəfindən son dərəcə səssizlik nümayiş olunub və bu günə qədər erməni vəhşiliklərinə‚ erməni terrorizminə və vandalizminə‚ erməni işğalına və bütün qanlı əməllərə göz yumulmaqdadır. Bunun tək adı ikili standartlar‚ ikili mövqe və ermənipərəstlikdir.

1918-ci ildə baş vermiş dəhşətli qırğınların və soyqırım faktlarının ictimailəşməsi‚ xalqımıza və bütün dünyaya çatdırılması məsələsi xalqımızın Umummilli Lideri‚ Ulu Öndər Heydər Əliyevin hakimiyyət başına qayıtmasından sonra başladı. Hakimiyyət başına gələn Ümummilli Lider‚ tarixən xalqımızın başına gətirilən bütün müsibətləri mahiyyəti üzrə araşdırılıb ortaya çıxarılması və bütün dünyada bu qanlı hadisələrə hüquqi qiymət verilməsi istiqamətində var qüvvəsi ilə çalışmışdır. Məhz 1998-ci ilin martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncamla martın 31-i xalqımızın tarixi soyqırımı günü kimi tarixə düşdü və hər il 31 mart tarixi xalqımızın soyqırım günü olaraq anılır. Ulu Öndər Heydər Əliyevin Azərbaycana qayıdışı ilə həqiqi müstəqilliyi əldə edən xalqımız artıq bu günü də mahiyyəti üzrə anmaqdadır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə bu soyqırım faktının dünyada tanınmasına başlanmışdır. Bu günümüzdə də Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində bütün Azərbaycan həqiqətləri mahiyyəti üzrə bütün dünyaya bəyan edilməkdə və tanıdılmaqdadır.
loading...
XƏBƏR LENTİ
20-05-2019, 19:21
SORĞU