16 mar 21:05Sosial

Afaq Aslan Lotu Qulidən danışdı: Uşaq deyiləm...

Afaq Aslan Lotu Qulidən danışdı: Uşaq deyiləm...Mənim Nadir Səlifovla sevgili olmağım şayiədir.

Bu sözləri müğənni Afaq Aslan kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli) sevgili olması xəbəri haqda Kult.az-a danışarkən deyib. Müğənni şəxsi həyatı ilə bağlı danışmaq istəmədiyini bildirib:

“Bu barədə heç danışmaq istəmirəm, çünki şəxsi həyatımdır, özümə məxsusdur. Özüm bilərəm, uşaq deyiləm ki! Bu xəbər çıxandan jurnalistlər dayanmadan mənə zəng edirlər”.

Müğənnidən niyə məhz yalnız Nadir Səlifovun səhifəsini izləməsini soruşuqda isə o, bu barədə danışmaq istəmədiyini bildirib.

Qeyd edək ki, Afaq Aslan İnstaqram səhifəsində bioqrafiyasına özünün və sevgilisinin baş hərfini (A-N) qeyd edib və o, 100 minə yaxın izləyicisi olan səhifəsində yalnız kriminal avtoritetə məxsus olan səhifəni izləyir. Bu iki nüans onun Nadir Səlifovla münasibətləri olması haqda rəy yaradıb. Həmçinin Afaq Aslanın Lotu Quli ilə birgə İstanbulun məşhur restoranlarında da dəfələrlə göründüyü haqda redaksiyamıza məlumat daxil olub.
loading...
XƏBƏR LENTİ