16 mar 19:33Sosial

Təhsil Nazirliyi tətil günlərini açıqladı

Təhsil Nazirliyi tətil günlərini açıqladıNazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 6 dekabr 2017-ci il tarixli 540 nömrəli qərarına əsasən, 2018-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı günləri kimi təsbit olunub və həmin günlər iş günü hesab edilmir.

Avrasiya.net Təhsil Nazirliyinə istinadən xəbər verir ki, bayramdan əvvəlki dərs günlərində hər hansı dəyişiklik olmayacaq: "Belə ki, bütün ümumtəhsil məktəblərində mart ayının 19-u dərs günüdür. Əmək Məcəlləsinə görə, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Buna müvafiq olaraq, 24 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar 5 günlük iş həftəsi ilə işləyən müəssisələrdə martın 26-sı iş günü hesab olunmur. Beləliklə, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 27-si dərs günü olacaq.
loading...
XƏBƏR LENTİ