16 mar 13:13Sosial

Pirallahıda “Tarixlərdən gələn irsimiz “ adlı tədbir keçirilib - FOTOLAR

Pirallahıda “Tarixlərdən gələn irsimiz “ adlı tədbir keçirilib - FOTOLARBu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə əlaqədar 13 fevral 2018-cil tarixli Sərəncamına əsasən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının qərargahında “Tarixlərdən gələn irsimiz“ adlı tədbir keçirilib.

Avrasiya.net xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının üzvləri , partiya fəalları, əmək və müharibə veteranları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, onun sonrakı keşməkeşli taleyindən və bugünkü Azərbaycan Respublikasının öz tarixi irsini necə şərəflə qoruduğunu qeyd etdi.
Pirallahıda “Tarixlərdən gələn irsimiz “ adlı tədbir keçirilib - FOTOLAR
Daha sonra Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həm veteranlara, həm də gənclərə daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri qeyd edilir, ağsaqqallarla gənc nəslin yaddaqalan görüşləri keçirilir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsləhətçisi Məmmədova Günel vurğuladı ki, bu gün ölkəmizin əldə etdiyi uğurlarda əhəmiyyətli rolu olan Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, eyni zamanda, bölgədə böyük siyasi qüvvəyə çevrilib. Xalqın iradəsini ifadə edən, iştirak etdiyi bütün seçkilərdə parlaq qələbələr qazanan, ölkənin avanqard partiyasında təmsil olunmaq çox böyük şərəf və məsuliyyətdir. Qürurla deyə bilərik ki, əsl ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycanın qurulması və inkişafı naminə müəyyən etdiyi proqramın həyata keçirilməsində hər zaman ulu öndərin ən yaxın köməkçiləri olmuşlar və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirirlər.
Pirallahıda “Tarixlərdən gələn irsimiz “ adlı tədbir keçirilib - FOTOLAR
Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştiraklarına görə bir qrup Pirallahı Rayon Ağsaqqallar Şurasının üzvləri YAP Pirallahı rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif olundu.
Pirallahıda “Tarixlərdən gələn irsimiz “ adlı tədbir keçirilib - FOTOLAR
loading...
XƏBƏR LENTİ