14 mar 12:03Sosial

"Cənnət görmək istəyən Azərbaycana gəlsin"adlı tədbir keçirilib

"Cənnət görmək istəyən Azərbaycana gəlsin"adlı tədbir keçirilibAzərbaycanı dünyada məşhurlaşdıran əlbəttə ki, onun bir-birindən gözəl dilbər guşələridir. Hər tərəfi gülüstan olan vətənimizin hər daşında bir tarix, bir mədəniyyət yatır. Əsrlər keçsə də zəngin mədəniyyətə malik bölgələrimiz adət ənənələrimizi yaşadaraq onu gələcək nəsillərə ərməğan kimi ötütür. Məhz bu baxımdan hər il bir ənənə şəklində olaraq Bakıdakı Həbib Mahmudbəyov adına 2 nomrəli texniki humanitar liseydə "Cənnət görmək istəyən Azərbaycana gəlsin" layihəsi çərçivəsində Novruz bayramı ərəfəsində tədbir keçirilir. Layihənin məqsədi şagirdlərdə vətənpərvərlik hissi, milli mənəvi dəyərlərimizin təbliği, bölgələrimizdə Novruz adət ənənələrinin qorunub saxlanmasını diqqətə çatdırmaqdır. Şagirdlərin hər bir bölgənin özünəməxsus ənənələrini, Novruz adətlərini ətraflı şəkildə əks etdirməsi onların vətənə məhəbbətinin bariz nümunəsidir.

Hər ilduğu kimi buildə Novruz ərəfəsində martın 13-də liseydə çal-çağır idi. Tədris ocağında əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Liseyin həyətində tonqal qalanmış, şagirdlər milli geyimlər geyinmiş, çoxlu xonçalar bəzədilmişdir. Liseyin direktor müavini Nüranə Şıxəliyevanın təşkilatçılı ilə keçirilən tədbirdə şagirdlərin ifasındakı biri-birindən gözəl rəqslər, şerlər liseyə qonaq gələnlərə xoş ovqat bəxş edirdi. Tədbirin maraqlı və rəngərəng edən məqamlardan biri siniflərdə hər bir bölgəni təmsil edən guşələrin yaradılması idi. Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qarabağ, Şamaxı, Quba, Salyan adlı otaqlarda bölgələrimizin fərqli-fərqli mətbəxləri, folkloru tərənnüm edilirdi.

Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə yanaşı Milli Məclisin deputatı Hikmət Babaoğlu, Səbayıl rayon icra hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əkbər Qoşalı, Alpaqut döyüş növünün təsisçisi Vasif Namazov,Azərbaycan Kinkboks Fedarasiyasının vitse-prezidenti Arzuman Abdulkərimov və digər qonaqlar iştirak edirdi.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu iştirakçıları salamlayaraq onları yel çərşənbəsi günü ilə bağlı təbrik etdi. Novruz bayramının tarixindən danışan millət vəkili belə tədbirlərin məktəblərdə keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi.

Tədbirdə tədris ocağının direktoru Bəkir Mustafayev, Təlim tərbiyə işləri üzrə direktor müavini Nuranə Şixəliyeva qonaqlara bu tədbirdə iştirak etdiklərinə görə təşəkkürünü bildirdi. Liseydə şagirdlərin milli-vətənpərvərlik ruhunda tərbiyyə olunması istiqamətində görülən işlərdən danışıb
OXŞAR XƏBƏRLƏR
loading...
XƏBƏR LENTİ