13 mar 21:00Sosial

"Radikal müxalifətin bütün fəaliyyəti anti-dövlətçilik və anti-millətçilik siyasəti üzərində qurulub"

"Radikal müxalifətin bütün fəaliyyəti anti-dövlətçilik və anti-millətçilik siyasəti üzərində qurulub"Onlar bir daha nümayiş etdirir ki‚ dövlətçiliyimizə zərbə vurmağa və ölkədəki sabitliyi pozmağa çalışırlar.
Müxalifətin bütün fəaliyyəti anti-dövlətçilik və anti-millətçilik siyasəti üzərində qurulub və ermənipərəst qüvvələrin dəstək və sifarişləri ilə səfərbər olaraq xalqımızın bütün ali dəyərlərini zədələməyə və baltalamağa çalışırlar. Son mitinqdə də bir daha buna şahid olduq..

Bunu Milli Şura, AXCP və Musavatın martın 10-da keçirilən mitinqindən və müxalifətin anti-dövlətçilik fəaliyyətlərindən danışarkən siyasi ekspert, politoloq Mirsamir Məmnədov deyib. M.Məmmədov qeyd edib ki, ölkəmizdə aprelin 11-də keçiriləcək Prezident seçkiləri yaxınlaşdıqca, bir çox beynəlxalq ermənipərəst dairələr və həmçinin məkrli düşmənimiz olan erməni lobbisi ölkəmizə qarşı siyasi təxribatlara əl atmağa başlayıb və növbəti dəfə Azərbaycana qarşı şantaj və qarayaxma, gözdən və nüfuzdan salma kampaniyalarına start veriblər və bu məkrli planların, ölkəmizə qarşı olan kirli oyunların baş rolunu yenə də radikal müxalifət canlandırmaqdır. Radikal müxalifətin, özünü Milli Şura adlandıran siyasi sektanın, AXCP və Musavatın martın 10-da birgə təşkil etdiyi mitinqin mahiyyəti ölkəmizdə birmənalı olaraq sabitliyi pozmaq, insanlarda anti-dövlət hissləri yaratmaq, dövlətlə xalqın birliyini pozmaq və birmənalı olaraq prezident seçkiləri öncəsi ölkədə çaşqınlıq yaratmaqdan ibarətdir. Mitinqin sosial sifarişlərlə heçbir əlaqəsi yoxdur və martın 10-da keçirilmiş mitinq birbaşa düşmən qüvvələrin, ermənipərəst dairələrin və erməni lobbisinin ölkəmizdə insanları təxribata və əsayişi pozmağa sövq etməyə hesablanmış planlarının mühüm tərkib hissəsidir.

Martın 10-da keçirilən mitinq bu qeyd etdiyim qüvvələrin, beynəlxalq müstəvidə, geniş platformadan Azərbaycana və xalqımıza qarşı sərt düşmənçilik siyasəti aparan qüvvələrin sifarişi idi. Məqsəd insanları təxribata sövq etməkdir. Çünki, Milli Şura, AXCP və Musavatın martın 10-da İnşaatçılar metro stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda mitinq keçirtdiyi saatlarda Bakının tam mərkəzində, "Fəvvarələr Meydanı"nda özünü Gələcək Azərbaycan Partiyası adlandıran və birbaşa xaricdən, ermənipərəst düşmən dairələrdən maliyyələşən daha bir müxalif partiya qanunsuz aksiya keçirtməyə təşəbbüs göstərərək, Bakının mərkəzində əsayişi pozmağa can atdı və daha bir təxribat halı yaşandı. Təəssüfki və görünən odur ki, bu daxildəki radikal siyasi təşkilatlar və radikal şəxslər xaricdən ölkəmizə düşmənçilik edən qüvvələrin sifarişlərini icra etməkdədir. Son mitinq də, Fəvvarələr Meydanında keçirilmiş qanunsuz aksiya da xarici sifarişlərin məhsuludur və birbaşa ermənilərin istəyidir.
Azərbaycanın daim yüksələn xəttlə artan inkişafından, anbaan güclənməsindən və bölgənin super inkişaf etmiş ölkəsi olmasından dərin narahatlıq hissi keçirən xarici məkrli dairələr hər zaman daxildəki radikal müxalifətin simasında dövlətçiliyimizi zədələməyə cəhd etməkdədir. AXCP və Milli Şura daim bu istiqamətdə çox güclü fəallıq göstərməkdədir. Görünən odur ki, düşmən qüvvələr növbəti dəfə iş başındadır və radikal müxalifətin əli ilə ölkəmizdə çaşqınlıq və təxribat yaratmağa, əsayişi pozmağa çalışır. Hazırkı hədəfləri aprelin 11-də ölkəmizdə keçiriləcək Prezident seçkilərinə kölgə salmaqdır.

Özlərinin anladığı və dərk etdiyi şəkildə küçə leksikonu ilə danışan müxalif cameyə üzvləri son mitinqdə də, mitinq öncəsi çağırışlarda da bütün əxlaq qaydalarının xaricində hərəkət etdilər. Mitinq öncəsi və mitinq zamanı küçə hərəkətlərinin bütün elementləri sərgiləndi. Küçə danışıqlarını və qeyri əxlaqi formalara sığdırılmış hərəkətləri öz "siyasi" platformalarında nümayiş etdirdilər. Mitinq heçbir sosial tələbdən irəli gəlmədiyi üçün fiaskoya uğramağa məhkumuydu. Yenə də Azərbaycan xalqı xarici qüvvələrin sifarişlərindən qaynaqlanan çağırışlara qətiyyən reaksiya vermədi. Əslində Azərbaycan xalqı bununla da öz sözünü dedi və real seçimini etmiş oldu. Bunu bütün dünya da gördü. Xalqımızla Dövlətimizin birliyi və həmrəyliyi bir daha bütün dünyaya bəyan olundu. Müxaıifətin çağırışlarının cavabsız qalması, xalqın və ictimaiyyətin bu kimi çağırışlara qoşulmaması və hətta nifrətlə yanaşması 11- aprel seçkilərində də ölkə əhalisinin seçiminin nədən ibarət olacağının təzahürüdür. Hesab etmək olar ki, xalqın kəskin nifrətinin təzahürü olaraq hər zaman olduğu kimi müxalifətin çağırışlarına cavab verməyərək mitinqə gəlməməsi, əslində müxalifətə və bu anti-milli ünsürlərə xalqımızın veto qoyması idi.
Məhz xalqımızın iradəsinin göstəricisi olaraq, radikal müxalifətin xarici sifarişlərdən qaynaqlanan mitinqi və bütün çağırışları iflasa uğradı.

İş o yerə çatıb ki, müxalifət daxilində bir-birilərini söyməyə və təhqir etməyə başlayıblar, uğursuzluqlarını bir-birilərinin üzərinə atırlar. Azərbaycan Dövləti müxalifətin mitinqinə hərcür şərait yaratdı, polis mitinqin təhlükəsizliyini qorudu, lakin əvvəldən məlum olduğu kimi, mitinqə xalqdan qoşulan olmadı və mitinqə gələnlər Milli Şura daxilindəki təşkilat və partiyaların üzvləri və yaxınları idi. Yenə də qeyd edirəm ki, bütün dünya gördü ki, Azərbaycan xalqı radikal müxalifətə qəti veto qoyub və bu paradoksal düşüncəli anti-milli qüvvələrin heçbir zaman xalqımız tərəfindən dəstəklənməyəcəyi bir daha açıq aşkar sərgiləndi, deyə M. Məmmədov bildirib.
loading...
XƏBƏR LENTİ
Bu gün, 11:40