13 mar 12:22Sosial

Kompüterlərdə və internetdə təhlükəsizlik – Layihə

Kompüterlərdə və internetdə təhlükəsizlik – Layihə“Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi və ”Gələcəyə İnam” Ehtiyacı Olan İnsanlara Qayğı İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş Cəmiyyətinin və Vətəndaşların Maraqlarının Müdafiəsi” layihəsi çərçivəsində birgə təşkil etdiyi “İnformasiya və Kommunikasiya Texnologiyaları Sahəsində İnternet Təhlükəsizliyi” mövzusu ilə bağlı Masallı rayonunda 9 və 10 mart 2018-ci ildə “Kompüterlərdə və internetdə təhlükəsizlik” mövzusunda təlimlər keçirib.

Təlimlərdə rayon ictimaiyyətinin nümayəndələri, QHT uzvləri, sosial media istifadəçiləri iştirak edib.

Təlimlər Veb səhifəsi mütəxəssisi tərəfindən aparılıb. İştirakçılara onlayn təhlükəsizlik məsələsi, mövcud vasitələr, təhlükəsizlik strategiyaları haqqında məlumatlar verilib.

Layihə çərçivəsində növbəti təlimlərin 16 və 17 mart 2018 –ci ildə Lənkaran rayonunda keçirilməsi planlaşdırılır. Təşkil olunacaq təlimlərdə rayon ictimaiyyətinin fəalları, bloqerlər, və digər internet istifadəçiləri iştirak edəcəklər.
loading...
XƏBƏR LENTİ