03 mar 14:19Sosial

BMM-də “Hökumətlə görüş” mövzusunda tədbir keçirilib

BMM-də “Hökumətlə görüş” mövzusunda tədbir keçirilib"Tərəqqi” Sosial Tədqiqatlar İctimai Birliyi, tərəfdaşı “Region” Beynəlxalq Analitik Mərkəz və Konstitusiya Araşdırmalar Fondu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “Vətəndaş Cəmiyyəti və Vətəndaşların maraqlarının müdafiəsi layihəsi” çərçivəsində “Hökumətlə görüş” mövzusunda tədbir həyata keçirib.

Cebhe.info xəbər verir ki, tədbir mart ayının 2-də saat 11.00-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Tədbirin mövzusu “Hökumətlə görüş” silsiləsi çərçivəsində aparılan informasiya alıb-vermə, sual-cavab və təkliflər formatında olub.

Tədbirdə Avropa Komissiyasının Azərbaycan nümayəndəliyinin proqram rəhbəri Aleksandra Nerisano, Fransa və ABŞ səfirliyiinin əməkdaşları, millət vəkili Fazil Mustafa və digərləri iştirak edib.

Tədbirin məqsədi vətəndaş cəmiyyəti təmsilçilərinin və hökumətin təmaslarının gücləndirilməsinə töhvə vermək, birtərəfli məlumatların yayılmasının qarşısını almaq və müzakirə nəticəsində daha ciddi irəliləyişlərə nail olmaq üçün səy göstərməkdir.

Müzakirələrdə vətəndaş cəmiyyətinin mövcud durumunun ümumi aspektləri, vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli mühit yaradılması üzrə qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar təkliflər, QHT problemləri ilə bağlı müzakirələr, sual-cavab və sair məsələlər müzakirə mövzusu olub.
loading...
XƏBƏR LENTİ