22 fev 12:30Sosial

İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək

İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstəkI Qarabağ müharibəsinin iştirakçısı, Leykoz xəstəliyindən əziyyət çəkən Çələbi Xəyyamla bağlı sosial şəbəkədə dəstək məqsədilə paylaşımlar edilir. İnsanlarımız qazimizin səhhətini diqqətdə saxlayırlar. Artıq Britaniyadakı "Mergul Law” hüquq şirkətinin sahibi, vəkil Rauf Xəlilovdan dəstək gəlib. Rauf Xəlilov qazimizə əl arabası alıb və bir dərmanının maddi vəsatini ödəyib. Çələbi Xəyyam Qarabağ döyüşlərində bir ayağını itirib.

Qeyd edək ki, dərman Almaniya istehsalıdır. İçərisində 100-dənə həbb var. Hər gün 8 ədəd istifadə edilir. Qiyməti 800 azndır.
Beynəlxalq Bankda-Çələbi Xəyyam Əyyub oğlunun adına hesab açılıb: 33801019442431540214

Bir məsələni qeyd edim ki, Rauf Xəlilovun bu xəbərin ictimaiyyətləşdirilməsindən xəbəri yoxdur. Hesab edirəm ki, bu cür vətənpərvər insanlarımızı təbliğ etməliyik ki, cəmiyyətdə birlik və həmrəyliyə stimul olsun.

Avropada yaşayan soydaşlarımızın bu cür xeyirxah missiyaya qoşulmaları məni şəxsən sevindirir və qürurlandırır. Məsələn, İtaliyada yaşayan azərbaycanlı iş adamı Füzuli Məmmədovun aprel döyüşlərində sağlamlığını itirən 4 qazimizə və 2 şəhid ailəsinə mənzil hədiyyə etməsi cəmiyyətdə də böyük hörmətlə qarşılanmışdı. Bunun özü xaricdə və vətəndə yaşayan soydaşlarımız arasında həmrəyliyi və rabitəni gücləndirir. Xeyirxah və xoşniyyətli missiyanı daha da gücləndirmək lazımdır.

QEYD: Rauf Xəlilov İngiltərədə yaşayır. Azərbaycanla bağlı tədbirlərdə fəal iştirak edir. İrəvanın işğalçılıq siyasətinə qarşı İngiltərədə Ermənistan səfirliyi qarşısında keçirilən bütün mitinqlərdə fəal iştirak edir. İngiltərədə yaşayan məşhur idmançımız, əziz dostum Hafiz Baxşəliyevə öz təşəkkürümü çatdırıram ki, məni Rauf Xəlilov kimi vətənpərvər soydaşımızla tanış edib.
Elnur Eltürk
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
loading...
XƏBƏR LENTİ