22 fev 12:20Sosial

Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...

Lənkəranskinin “Qara bloknot”unda nə yazılmışdı?- Kriminal avtoritetin şəxsi əşyalarından...2016-cı ildə İstanbulda qətlə yetirilən kriminal avtoritet rövşən Lənkəranskinin şəxsi əşyaları haqda diqqətçəkici məlumat yayılıb.

A24.az xəbər verir ki, araşdırma materiallarına görə Lənkəranski 2012-ci ildə Azərbaycanın Fransadakı, Rumıniya və Bolqarıstandakı, 2013-cü ildə Türkiyə və Rusiyadakı, 2014-cü ildə İtaliyadakı, 2015-ci ildə Türkiyə və Qazaxıstandakı diplomatik korpuslarımıza qarşı kriminal qrupların edə biləcəyi və gözlənilən terror hücumları əleyhinə ilk addımları məhz o ataraq, qrupları zərərsizləşdirib. Hər şeydə, ən ağır dəqiqələrdə müstəqil ölçüb-biçmək və müstəqil də qərar çıxaran Rövşən Lənkəranski bu fədakarlığı və addımı üçün heç kəsdən, heç nə istəmədi. Amma insanları, Azərbaycan diplomatiyasını terrordan xilas edib.

Rövşən Lənkəranskinin həm Türkiyədə, həm Rusiya Federasiyasında, həm İtaliyada, həm Birləşmiş Ərəb Əmirliklərində, Orta Asiya regionlarında və digər ərazilərdəki ofislərində şəxsi əşyaları qalıb. Məsələn Türkiyə MİT-nin əməkdaşlarından olan Kərim Qaracaoğlunun fikirlərinə görə “İstanbul Kralı”nın-Rövşən Lənkəranskinin hoteldəki şəxsi əşyaları içərisində üstündə müxtəlif haşiyələri olan “Qara bloknot” (əlamətlərinə görə yanları müxtəlif işarələrlə haşiyələnmiş) diqqəti daha çox cəlb edib. O, həmin axşam çölə çıxmamalı, iş adamı kimi hoteldə Türkiyədəki tanınmış azərbaycanlı iş adamları ilə onların problemlərinin həlli üçün görüşməli idi. Yəni otaqda bəzi əşyaların qalması onun qayıtması üçün işarə idi. Amma ona edilən qəfil zəng onu otaqdan çıxmağa məbur etdi. Kim idi zəng edən? Kim idi onu həyəcanlı səslə köməyə çağıran? (Səsin həyəcanlı olmasını da Kərim bəy deyir. Çünki onun telefon danışıqlarına qulaq asılıb). O, hara gedirdi və yaxud hara tələsirdi? Məlum deyil.
loading...
XƏBƏR LENTİ