21 fev 16:57Sosial

Uşaq çantası ağırdır: valideyn nazirliyi məhkəməyə verir

Uşaq çantası ağırdır: valideyn nazirliyi məhkəməyə verirBakı şəhər sakini Təhsil Nazirliyini məhkəməyə verməyə hazırlaşır.

Övladları məktəbli olan Bakı sakini Elçin Zeynalov adlı şəxs nazirliyi məhkəməyə verməsi üçün vəkillərdən kömək istəyib. E.Zeynalovun nazirliyə qarşı belə adım atmasına səbəb tədris vəsaitinin çox olması, uşağın aşırı yüklənməsidir. Şikayətçi bildirib ki, işəgötürənin borcu tədris vəsaiti və məzmunu norma çərçivəsində nizamlamaqdır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas Səməd Vəkilov bildirib ki, istənilən vətəndaş narazı olduğu səbəblərə görə nazirliyi məhkəməyə verə bilər:

“Əlbəttə, vətəndaşın nazirliyi məhkəməyə verməyə tam hüququ var. Həqiqətən də məhkəmədə sübut edə bilsə ki, dərs vəsaiti çoxdur, uşaq aşırı yüklənir, məhkəmə qərar qəbul edib uşaqların dərs yükünü yüngülləşdirə bilər”.

S.Vəkilov bildirib ki, Vətəndaşların Müraciətlərinə Baxılması Qanununa əsasən, müraciətin 3 forması var:

“Təklif, ərizə və şikayət. Yaxşı olar ki, vətəndaş təklif kimi müraciət etsin. Əlbəttə, tam hüququ var ki, məhkəməyə versin. Ancaq təklif irəli sürsə, dəyərləndirilə bilər”.
loading...
XƏBƏR LENTİ