19 fev 15:13Sosial

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - Dələduzluq

Əməkdar müəllim, fəlsəfə doktoru həbs edildi - DələduzluqBakıda dələduzluqda təqsirləndirilən Nuriyyə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası kəsib.

Qeyd edək ki, prokuror Nuriyyə Ağayevanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Nuriyyə Ağayeva 5 nəfərə qarşı dələduzluq edib. O, vətəndaşların etibarından sui-istifadə edərək onların pullarını ələ keçirib.

Belə ki, Nuriyyə Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında R.Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəyini vəd edib.

Bundan başqa, o, Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu işə düzəltmək adı ilə 3 min manat pul alıb.

Nuriyyə Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb.

Qeyd edək ki, Nuriyyə Ağayeva filologiya üzrə fəlsəfə doktorudur, əməkdar müəllim fəxri adına layiq görülüb.
loading...
XƏBƏR LENTİ
Dünən, 15:42
Dünən, 09:47