14 fev 18:24Sosial

Aprel şəhidinin sevgilisinin qəbri üstündə fotosu yayıldı

Aprel şəhidinin sevgilisinin qəbri üstündə fotosu yayıldıŞəhid Mahir Quliyevin məzarı önündə çəkilən foto yayılıb.

Avrasiya.net xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərində şəhid olan Mahir Quliyevin sevgilisi “Sevgililər günü”ndə məzarını ziyarət edib.

Yayılan foto hər kəsi kövrəldib.

Qeyd edək ki, Quliyev Mahir Qədir oğlu 1993-cü ilin dekabrında dünyaya gəlib. Əsgər Mahir Quliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub.

Mahir Quliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ