13 fev 17:44Sosial

Baş redaktorun Jurnalistlərin binasından ev almaq adıyla 70 min manatlıq dələduzluğu

Baş redaktorun Jurnalistlərin binasından ev almaq adıyla 70 min manatlıq dələduzluğuDələduzluqda və rüşvət verməkdə ittiham olunan “Zaman Press” qəzetinin baş redaktoru Gündüz Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib
"Ölkə.Az"-ın əldə etdiyi xəbərə əsasən, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Sveta Qarayeva ifadə verib.

O bildirib ki, həyat yoldaşı Bayram İsmayılov cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb: “Həyat yoldaşım taksi sürücüsü idi, rəhmətə gedib. Gündüz Hüseynov ərimdən 33 min manat alıb. O, ərimə ev alacağı vədini vermişdi. Amma vədinə əməl etməyib”.

Şahid qeyd edib ki, Gündüz Hüseynov onun mərhum həyat yoldaşına saxta jurnalist vəsiqəsi verib: “O, pulu yoldaşımdan alanda dedi ki, jurnalistlərə tikilən binadan ev alacaq. Jurnalistlərə ev veriləndə bildik ki, Gündüz bizi aldadıb. Siyahıda adımızı görməyəndə ona zəng etdik. Sonra ona zəng çatmadı”.

Daha sonra ifadə verən digər şahid Xalidə İsmayılova bildirib ki, “Zaman Press” qəzetində çalışıb, qəzetin rəhbəri Gündüz Hüseynova ev almaq üçün 41.500 manat verib: “Qəzetdə 6 ay çalışdım. Rəhmətlik anamın adından qəzetə yazılar verirdim. Anam məktəbdə dərs deyirdi. Gündüz Hüseynov mənə jurnalistlərə verilən mənzildən ev alacağı vədini verdi. Ona 42 min manat pul da verdim, lakin sözünə əməl etmədi”.

Xalidə İsmayılova dindirilən zaman müğənni də olduğunu deyib.
Gündüz Hüseynova şahidin ifadəsi ilə bağlı sual verilib, lakin o, suallara cavab vermək istəməyib.

Daha sonra Gündüz Hüseynov qadının pullarını Xəyyam İsmayılova verdiyini deyib: “Məni KİV-in Həmkərlar İttifaqının sədri Çingiz Qurbanov “İlin adamı” və “İlin jurnalisti” seçib. Xalidə xanım başsız qadındır, onun iki körpəsi var. Onun ifadəsinə yalnız Xəyyam məhkəmədə dindiriləndən sonra cavab verəcəm. Xalidə mənə pul verməyib”.
Növbəti pross fevralın 20-də davam edəcək.

İttihama görə, Gündüz Hüseynov öz içilərinə qarşı dələduzluq edib. O, 200 min manatdan artıq pulu dələduzluq yolu ilə almaqda ittiham olunur.

Gündüz Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək), 32.4, 312.2-ci (iştirakçılıq, rüşvət vermə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

“Zaman Press” qəzeti Mətbuat Şurasının reket qəzetlər siyahısına salınıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ