08 fev 16:13Sosial

Deputatın anası onu məhkəməyə verib?

Deputatın anası onu məhkəməyə verib?99 saylı Şəmkir kənd Seçki Dairəsindən deputat seçilən Sona Əliyevanın anası Bəşirə Əliyeva mətbuata açıqlamasında bəzi iddialar səsləndirib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, B.Əliyeva “Azpolitika” saytına açıqlamasında bildirib ki, qızı Sona Əliyeva həyat yoldaşı mərhum Sakit Əliyevin bütün əmlakını ələ keçirib.

Qadın qeyd edib ki, həyat yoldaşı Sakit Əliyev bir müddət öncə vəfat edib. Əmlakın ədalətli bölünməsi üçün oğlu ilə birgə məhkəməyə müraciət edib.

İddiaya görə, deputat “mənim toxunulmazlığım var, mənə heç kim heç nə edə bilməz” deyərək bir qardaşını işdən qovdurmaq, digərini tutdurmaqla hədələyib, anasını isə “ağlını itirməkdə” ittiham edərək evindən qovub.

Sona Əliyeva açıqlamasında hazırda xaricdə olduğunu deyib: “Bütün bu iddialar uydurmadır, qardaşım məsələyə aydınlıq gətirəcək”.

Deputatın qardaşı, Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinin rəis müavini Adil Əliyev “Qafqazinfo”ya açıqlamasında artıq problemin həll edildiyini deyib: “Bizim ailəmizdə heç bir narazılıq, problem yoxdur. Hər şey qaydasındadır. Mən o işlərə qarışmıram, xırda bir münaqişə olub. O da həll edilib. İşimlə bağlı başqa evdə oluram, həmin evdə qalmıram. Anam, bacım və qardaşımla aramızda heç bir problem yoxdur”.
loading...
XƏBƏR LENTİ