30 yan 19:00Sosial

Öz uşağını öldürən narkoman ana: "Başından vurmuşdum" - FOTO/VİDEO

Öz uşağını öldürən narkoman ana: "Başından vurmuşdum" - FOTO/VİDEOARB TV-nin "Rezonans" verilişində bu dəfə öz övladını öldürən Sevinc Bayramovanın həbsxana hekayələri təqdim olunub.

Sevinc Bayramova (cəzası 14 il): "Uşaq evində böyümüşəm. Daha sonra məni övladlığa götürdülər. Arada söz-söhbət olduqdan sonra məcbur olub o evdən çıxdım. Bir oğlanla tanış olub evləndim. Övladımız olduqdan bir az sonra yoldaşım vəfat etdi. Məcbur olub kirayədə yaşamağa başladım. Ərim narkotikdən istifadə edirdi. Müalicənin də xeyri olmurdu. Özüm də bir neçə dəfə istifadə etmişdim. Evdə olanda yaşadığım oğlana zəng elədim ki, gələndə nəsə al, yeməyə heç nə yoxdur. Axşama yaxın gəldi, yemək yedik. Sonra ev yiyəsi ağlaya-ağlaya məni çağırdı. Gördüm ki, uşağım yataqda uzanıb huşsuz halda. Tez həkimə apardıq, amma yolda keçindi. Aldığı zərbədən beyninə qan sızmışdı. Başından vurmuşdum. İmkansızlıq var idi, dolana bilmirdim ona da yemək ala bilmirdim. Möhkəm itələdim. Oğlan da qaçmaq istədi, dedi ki, mən yanında olmamışam. Amma çıxmaq istəyəndə polis içəri girdi. 14 il iş verdilər mənə".
loading...
XƏBƏR LENTİ