24 yan 10:40Sosial

Tanınmış jurnalist 39 yaşında vəfat etdi

Tanınmış jurnalist 39 yaşında vəfat etdiTanınmış jurnalist Nicat Məlikov 39 yaşında dünyasını dəyişib.

APA-nın xəbərinə görə, yaxınları bildirib ki, N. Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur.

Qeyd edək ki, N.Məlikov jurnalist fəaliyyətinə “Zerkalo” qəzetində müxbir kimi başlayıb. Sonradan həmin nəşrin siyasət şöbəsinin müdiri vəzifəsində çalışıb.

N.Məlikov APA Holdinqə daxil olan “Vesti.az” saytında müxbir kimi çalışıb.

***

Tanınmış jurnalist Nicat Məlikovun qəfil vəfatı ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Məlumata görə, Məlikov Nicat Səməd oğlu dünən saat 17:50 radələrində Bayıl qəsəbəsi Elşən İsmayılov küçəsi 104 ünvanının qarşısında yıxılıb və dərhal təcili tibbi yardıma müraciət edilib.

İlkin olaraq onun başının səkiyə dəyməsi nəticəsində aldığı zədədən vəfat etdiyi ehtimal edilsə də, az sonra infarkt keçirməsi və buna görə dünyasını dəyişdiyi müəyyənləşib.

Allah rəhmət eləsin!
loading...
XƏBƏR LENTİ