23 yan 18:17Sosial

Baş həkimi tənqid etdi, işdən qovuldu və... - VİDEO

Baş həkimi tənqid etdi, işdən qovuldu və... - VİDEOElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan və sosial şəbəkələrin gündəmini zəbt edən məlum video qalmaqalına görə işdən qovulan tibb elmləri namizədi Səbinə Məmmədova institutun direktoru Həqiqət Qədirovanı məhkəməyə verib.

Bu barədə məlumatı S.Məmmədovanın vəkili, tanınmış hüquqşünas Bəhruz Bayramov Moderator.az-a təsdiqləyib.

Onun sözlərinə görə S.Məmmədova işdən qanunsuz kənarlaşdırıldığı iddiası ilə Nizami Rayon Məhkəməsinə müraciət edib və hüquqlarını qorumağı ona etibar edib.

B.Bayramov sosial şəbəkələrdə və mediada yayılan videonun çəkilməsindən S.Məmmədovanın xəbəri olmadığını söyləyib. O, qeyd edib ki, xəstəxana rəhbərliyi S.Məmmədovaya qarşı qərəzli münasibət göstərib və o, şöbə müdiri vəzifəsindən əsassız olaraq çıxarılıb.

Qeyd edək ki, bir müddət əvvəl Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışan tibb elmləri namizədi Səbinə Məmmədovanın institutun direktoru Həqiqət Qədirova ilə mübahisəsi sosial şəbəkələrdə yayılıb. Sözügedən videonun internetdə yaymasından sonra S.Məmmədova işdən çıxarılıb. Elmlər namizədi məsələ ilə bağlı prezidentə video-müraciət ünvanlayıb və məsələnin araşdırılmasını istəyib.

loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51