23 yan 11:48Sosial

Baş redaktorun məhkəməsi qapalı keçiriləcək - İlginc səbəb

Baş redaktorun məhkəməsi qapalı keçiriləcək - İlginc səbəb “Bizim dövr” qəzetinin baş redakttoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəflinin, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə müdafiə tərəfi vəsatət verərək cinayət işində ailə sirri olduğu və vəzifəli şəxslərin adı keçdiyi üçün məhkəmənin qapalı keçirilməsini istəyiblər.

Məhkəmə kollegiyası vəsatəti qismən təmin edib və bildirilib ki, ailə sirri olan epizodların müzakirəsi zamanı iclas qapalı olacaq. Cinayət işi məhkəmə baxışına qəbul olunub və prokuror ittiham aktını elan edib.

Hazırda proses davam edir.

İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.

Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.

İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51