17 yan 11:27Sosial

20 Yanvar "Şəhidlər Günü" kimi anılsın - ALDP təklifi dəstəkləyib

20 Yanvar "Şəhidlər Günü" kimi anılsın - ALDP təklifi dəstəkləyibAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.

İclasda ictimai-siyasi vəziyyət, 20 Yanvar faciəsinin növbəti ildönümünün yad edilməsi və təşkilatı məsələlər müzakirə olunub.

Toplantıda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükütla yad ediləndən sonra çıxış edən Fuad Əliyev faciələrimizin dünya dövlətlərinin ali qanunverici organları tərəfindən tanıdılmasının mürəkkəb olduğunu desə də, təbliğat aparmaqla ən azından həmin cəmiyyətlərin şüurunda dəyişikliyə nail olunmasının mümkünlüyünü bildirib. “Bu da bir həqiqətdir ki, faciələrimiz dünyanın ayrı-ayrı ölkələrində qeyd olunmaqla xalqımıza qarşı keçmiş SSRİ rəhbərliyinin, işğalçı Ermənistanın irtıcaçı mövqeyi ifşa olunur. Mənə elə gəlir ki, bu istigamətdə bütün gücümüz səfərbər olunmalıdır. Avropa ilə əməkdaşlıq edən yerli QHT-lər, diaspor təşkilatlarımz, imkanlı azərbaycanlılar Azərbaycan xalqının başına gətirilən faciələrimizin dünyada tanıdılmasında yaxından köməklik göstərməlidirlər” – ALDP sədri qeyd edib.

ALDP Azərbaycan Demokrat Partiyasının (ADP) 20 Yanvar hüzn günü “Şəhidlər günü” ilə əvəzlənməsi təklifini dəstəkləyərək bildirir ki, həmin gün 20 Yanvar şəhidləri timsalında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz anılsın. Təhsil müəsələrdə şəhidlər və şəhidliklə bağlı maarifləndirmək işlərin başlanması. Televiziyada və kütləvi informasiya vasitələrdə milli-mənəvi dəyərlərin, şəhidliklə bağlı məsələlərin təbligat və aşılanmaq işlərin gücləndirilməsi kimi tədbirlər keçirilsin.

Daha sonra Sədr Aparatı, 20 Yanvar Şəhidlərinin Anım Günün qeyd edilməsi ilə bağlı, 20 Yanvar 2018-ci il saat 12:00-da Şəhidlər Xiyabanını ziyarət etmək haqqında qərar qəbul edilib.
loading...
XƏBƏR LENTİ