16 yan 12:35Sosial

Bu sözlərin YAZILIŞI DƏYİŞMƏYİB - Dilçilik İnstitutu çaşqınlığa SON QOYDU

Bu sözlərin YAZILIŞI DƏYİŞMƏYİB - Dilçilik İnstitutu çaşqınlığa SON QOYDU AMEA Nəsimi adına Dilçilik İnstitutunda Orfoqrafiya Komissiyası tərəfindən bir sıra sözə təklif edilən dəyişikliklərin təsdiq edilməsi barədə bəzi kütləvi informasiya vasitələrində məlumat yayılıb. Məlumatlarda bildirilir ki, bundan sonra “əsgər” sözünün “əskər”, “alqı-satqı” sözü “ alğı-satqı” yazılması təklifi məqbul sayılıb.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, Dövlət Dil Komissiyasının üzvü, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli Publika.az-a açıqlamasında bu məlumatların əsassız olduğunu bildirib.

“Yanvarın 12-də Orfoqrafiya Komissiyasının iclasında orfoqrafiya qaydalarına təklif edilən dəyişikliklər müzakirə edilib. Həmin dəyişikliklər arasında qeyd edilən sözlər də var. Komissiya təklifləri məqbul hesab edərək çap olunub müzakirəyə çıxarılmasını tövsiyə edib. Bir ay müddətində qaydalar ictimai müzakirəyə verilib. Bundan sonra Orfoqrafiya Komissiyası yenidən iclas keçirəcək və müzakirə zamanı irəli sürülən təkliflər dəyərləndiriləcək. Sonra isə qaydalar təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim olunacaq. Nazirlər Kabineti təsdiq edəndən sonra qaydalar qüvvəyə minəcək. Hazırda isə sözlərin deyildiyi kimi yazılması təsdiqlənməyib”.

İ.Məmmədli Orfoqrafiya Komissiyasının təklif etdiyi qaydaların cəmiyyətdə birmənalı qarşılanmamasına da münasibət bildirib:

“Zaman keçdikcə bəzi sözlərin yazılışında dəyişikliyə ehtiyac duyulur. Məsələn, kompüter sözünü bir müddət “kompyuter” kimi yazırdıq. Sonra qaydanı dəyişdik, insanlar da zamanla buna öyrəşdilər. Hazırda mövcud olan orfoqrafiya lüğətində ancaq “Allah” və “Quran” sözləri böyük hərflə verilmişdi. İndi təklif edilir ki, Allah, Rəb, Tanrı sözləri ilə yanaşı, digər dini kitabları da böyük hərflə yazaq, yəni oxşar anlayışların eyni cür yazılması daha məqbuldur. Ümumiyyətlə, təklif edilən dəyişikliklər çox sözü əhatə etmir. Hesab edirəm ki, bu təkliflər razılaşdırılsa, insanlar alışacaq. Bir ay müddətində alimlər və dilçilər tərəfindən təklif edilən əlavələr də nəzərə alına bilər. Biz də çalışacağıq ki, çox da köklü dəyişikliklər olmasın. Çünki qaydaları tamamilə dəyişəndə savadsızlıq, hərcmərclik yaranacaq. Ənənədə sabitləşən qaydalar dəyişməyəcək”.
loading...
aynur
16 yanvar 2018 17:13
Salam.
nece yani savadsizli yayilacaq? Savadsizliq ele alqi satqi sozunu algi satqiyla evez etmekdi de. Nece yani? Alğı ne demekdi ? Iwe baxe sen..birinci teref deyiwib menasiz bir weye cevrilir ikinci teref ise durur olduqu kimi. Deyiwin onu da menasiz bir weye donderin.
[treecomments][reply]ответить[/reply][/treecomments] цитировать
[rating-type-2]
{rating}
[rating-plus]Нравится[/rating-plus]
[/rating-type-2] [rating-type-3]
[rating-minus]-[/rating-minus]
{rating}
[rating-plus]+[/rating-plus]
[/rating-type-3]
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 10:51