12 yan 16:24Sosial

Keçmiş hərbçidən üsyan: "Gülçöhrə Məmmədova İbad Hüseynovu Milli Qəhrəman etdi"

Keçmiş hərbçidən üsyan: "Gülçöhrə Məmmədova İbad Hüseynovu Milli Qəhrəman etdi"Məşhur hərbi eksper Üzeir Cəfərov televiziyada çıxış edən və məlumatsız jurnalist və məşhurlarla bağlı sosial şəbəkələrdəki hesabından paylaşım edib.

O xüsusi ilə də İbad Hüseynovun həddindən çox qabardıldığına, ətrafındakıların isə ondan istifadə etdiyinə diqqət çəkib. Təsadüfi televiziyada çalışanların milli-mənəvi dəyərləri məhvə sürüklədiyindən şikayətlənib. Xüsusi ilə də Milli Qəhrəman adlandırılan İbad Hüseynovun bu ada laiq olmadığı fikrini səsləndirib.

Ekspertin paylaşımını sizə tam olaraq təqdim edirik:

“Son illər bizim televiziya kanallarımızın əksəriyyəti milli-mənəvi dəyərlərin zənginləşməsinə deyil, əksinə onun sıradan çıxmasına çalışır. Bu da daha çox bu sahəyə cavabdehlik daşıyanların özlərinin təsadüfi adamlar olması ilə bağlı olan bir məsələdir. Bu ayrı söhbətin mövzusudur deyə, bu haqda çox da danışmaq istəmirəm.
Yanvarın 11-də, yəni ötən gün, Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı hörmətli xalq artisti Rafiq Hüseynov (Rəmiş) idi. Mənim adını çəkdiyim bənzərsiz sənətkarın özünə, sənətinə və bizə bəxş etdiyi müsiqilərə sonsuz rəğbətim var. Amma, hiss edirəm ki, son vaxtlar Rəmiş (hamımız onu belə qəbul edirik) bir az “korlanıb”. Həm ifası artıq o ifa deyil, həm də səhhəti ilə bağlı çox ciddi narahatçılığı var. Allah qorusun və şəfa versin. Amma, onun efirdən bilmədiyi və milyonlarla insana elan etdiyi məsələ şəxsən məni çox əsəbləşdirdi və hesab edirəm ki, bu məsələ nə qədər tez yoluna qoyulsa, bir o qədər Azərbaycan xaqlı və xüsusən də Qarabağ müharibəsi ilə bağlılığı olan insanlar bir az rahatlaşarlar. Hörmətli Rəmiş müəllim birbaşa efirdən elan edir ki, o Qarabağ savaşında çox böyük zəhməti olan qəhrəman qazi yoldaşlarımızdan biri olan İbad Hüseynovla Türkiyədə olub və özünü buna görə çox xoşbaxt sayır və sairə. Vallah, mən dəfələrlə demişəm, yazmışam və bir daha təkrar edirəm ki, İbad Hüseynov məsələsi bir gün bütöv bir dövlət kimi Azərbaycanın adına çox bir xoşagəlməzlik yaradacaq. Burada xırda detallara varmadan onu qeyd edirəm ki, ən azından Xəzər TV-nin tanınmış aparıcılarındna biri olan Zaur Kamal, xüsusən də Rəmiş kimi həyat təcrübəsi olan insan çoxdan bilməliydi ki, İbad Hüseynov heç vaxt Azərbaycanın Milli Qəhrəmanı olmayıb və bizim onu məlumatsız adamlara, ələlxüsus da Türkiyə Respublikasının siyasət və digər sahələrinə aid olan şəxslərinə belə təqdim etməyimiz artıq xoşagəlməz söz-söhbətlərə səbəb olub. İbadın xidmətlərini heç kim danmır. Amma, onun özünü hər yerdə bu cür təqdim etməsi və insanlarda çaşqınlıq yaradır və bir gün o özü-özünü “məhv” edəcək. Qardaşımız bu SƏHV hərəkətlərdən nə qədər tez geriyə addım atsa, bu onun özü üçün xeyirli olar.

İbad Hüseynov yaşda məndən kiçikdir və mən dəfələrlə qeyd etmişəm ki, onun adından və özündən bəzi yan-yörəsi öz şəxsi maraqları üçün faydalanmağa cəhdlər edirlər. Və onlar öz məqsədlərinə çatmaq üçün İbadı faktiki qurban verməyə hazırdılar və artıq bu prosesin pis nümunələri ortalıqdadır. İbad bəylə görüşlər təşkil olunur, onu Milli Qəhrəman kimi təqdim edir, bəzən ona hansısa sənədlər, Fəxri Fərmanlar və ya Döş Nişanları verirlər. Çox xahiş edirəm, bizim əlaqədar yetkililərdən. Diqqətli və ehtiyatlı olaq. İmzanıza və verdiyiniz sənədlərə hörmət edin.

Sizin diqqətinizə bir sənədi təqdim etməklə sözümü yekunlaşdırmaq istərdim. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən bir görüşdə, millət vəkili olmuş professor, rektor hörmətli Gülçöhrə xanım Məmmədova İbad Hüseynova 00080 saylı möhürlü Vəsiqəni təqdim etməklə sənəddə heç bir hüquqi əsasi olmayan, əslində saxtakarlıq etməklə İbadı Azərbaycanın Milli Qəhrəmanı kimi göstərib. Bu isə, xırdalasaq, çox böyük hüquqi məsuliyyət yaradan haldır. Ona görə də, kimliyindən asılı olmayaraq, çox istərdim ki, hamı məsuliyyətli və diqqətli olsun. İbad Hüseynova da qardaş məsələhətim bu olardı ki, atalarımız yaxşı bir söz deyiblər:” ziyanın yarısından qayıtmağın, özü bir xeyirdir”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ