12 yan 15:51Sosial

Əfqan Muxtarlıya 6 il verildi

Əfqan Muxtarlıya 6 il verildiBalakən rayon məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində hökm elan edilib.

Məhkəmənin hökmü ilə Əfqan Muxtarlı 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ