12 yan 12:11Sosial

Prokuror Əfqan Muxtarlıya 8 il cəza istədi

Prokuror Əfqan Muxtarlıya 8 il cəza istədiJurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bu gün Balakən rayon Məhkəməsində Hümbət Səlimovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Günün ikinci yarısında hökm elan ediləcəyi gözlənilir.

İttihama görə, Əfqan Muxtarlı bu il mayın 29-da saat 22.40-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (Qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ