11 yan 17:31Sosial

"Azərbaycan dünya miqyasında multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir"

"Azərbaycan dünya miqyasında multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir"Amil Cavadov: “2017-ci il Azərbaycanın İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması və ən əsası, İslamı gözdən salmağa çalışan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması işinə verdiyi töhfələrlə tarixə düşdü”.

Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin toxunduğu məsələlərdən biri də İslam həmrəyliyi və multikulturalizmlə bağlı idi. Doğrudan da Azərbaycan dünyada həm İslam həmrəyliyinin gücləndirilməsi, həm də multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir. Ötən il də bu sahədə bir sıra vacib işlər görüldü, 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi isə İslam aləmində çox böyük dəstəyə və rəğbətə səbəb oldu. Yola saldığımız ilin “İslam Həmrəyliyi İli” elan edilməsi göstərir ki, Azərbaycan xalqı öz tarixi, dini köklərinə bağlıdır. Ümumiyyətlə Azərbaycan tolerantlıq mayakına çevrilib və ölkəmizdə əsrlərə söykənən multikultural dəyərlər mövcuddur. Bu gün də da bütün dinlərin, millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayır.

Avrasiya.net xəbər verir ki, məsələ ilə bağlı “Palitra”ya açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Amil Cavadov deyir ki, Azərbaycan dünya miqyasında həm İslam həmrəyliyi işlərinin təşkili, eyni zamanda, multikulturalizmin təbliği üçün əvəzolunmaz ölkəyə çevrilir:

“Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi “Multikulturalizm İli”nin məntiqi davamı olmaqla yanaşı, istər ölkə daxilində, istərsə də beynəlxalq aləmdə də son dərəcə əhəmiyyətli, uğurlu siyasi, ideoloji addım idi. Bu sərəncam dövlət başçımızın İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir. Ancaq cənab Prezidentin də qeyd etdiyi kimi, İslam həmrəyliyi dedikdə müsəlman dünyasında həmrəylik nəzərdə tutulmamalıdır. O, həmçinin İslam aləmi ilə digər konfessiyalar arasında harmoniyanı özündə ehtiva edir. Ötən il baş verən hadisələr müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn ölkə rəhbərimizin sözügedən Sərəncamının əhəmiyyətini əyani şəkildə ortaya qoydu. Acı olsa da, etiraf etməliyik ki, İslam dünyasında bəzi məsələlərlə əlaqədar ziddiyyətlər, fikir ayrılıqları, hətta ayrı-ayrı müsəlman ölkələri arasında qarşıdurmalar var. Məsələnin ən ağrıverici tərəfi odur ki, bəzi hallarda bu problemlərin kökündə məzhəb, yaxud təriqət fərqliliyi dayanır. Azərbaycan isə bütün müsəlman ölkələri ilə xoş münasibətlər qurub. Məhz bu özəlliyi sayəsində ölkəmiz İslam dünyasında özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunəyə çevrilib.

Cənab Prezidentin də dediyi kimi, “Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz”.
“İslam Həmrəyliyi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirilən layihələrin, təşkil olunan genişmiqyaslı konfransların, tədbirlərin və görüşlərin nəticələrini təhlil etsək, əminliklə deyə bilərik ki, 2017-ci il Azərbaycanın İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması və ən əsası, İslamı gözdən salmağa çalışan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması işinə verdiyi töhfələrlə tarixə düşdü”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ