09 yan 16:09Sosial

Xaləddin İsgəndərov məzuniyyətə göndərildi - Yoxlamalar başladı

Xaləddin İsgəndərov məzuniyyətə göndərildi - Yoxlamalar başladıBinəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov məzuniyyətə göndərilib.

Bu barədə musavat.com saytı məlumat yayıb. Saytın iddiasına görə, Xaləddin İsgəndərov vəzifəsindən məzuniyyət qaydasında uzaqlaşdırılandan sonra Binəqədi Rayon İcra Hakimiyyətində gizli yoxlamalar başlanıb. İlkin olaraq Xaləddin İsgəndərovun fəaliyyəti, xüsusilə maliyyə maxinasiyaları, torpaqların qanunsuz satılması, büdcə vəsaitlərinin mənimsənilməsi haqda mətbuatda yayılan yazılarda göstərilən məlumatlar yoxlama mövzusudur. Üzə çıxanlar isə çox ilginc faktlardır.

28 milyon parka gedib, yoxsa ciblərə axıb?

Araşdırmalar zamanı məlum olub ki, təkcə Binəqədi Rayon İcra Hakimiyyətinin qarşısındakı parkın salınması adı ilə büdcə vəsaitinin 28 milyon manatı mənimsənilib. Faktiki isə həmin məbləğin hətta üçdə biri xərclənsəydi, ərazidə daha rahat və gözoxşayan park salmaq mümkün idi.

Parkdakı kafe-restoran başçının oğlunun əmlakına necə çevirilib?

Üstəlik, parkdakı kafe-restoranın kimə məxsus olması da aydınlaşdıırlıb. Belə məlum olub ki, park salınarkən inşa olunan kafe-restoran başçının oğluna yaxın şəxsin adına rəsmiləşdirilib. Yəni dövlətin puluna tikilib, amma özəl mülkiyyət kimi Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərovun çoxsaylı obyektləri sırasına qatılıb, amma digər şəxsin adına isə sənədləşdirilib. O da bilinir ki, park salınarkən orada görülən işlərə Elnur İsgəndərov nəzarət edib.

Binəqədi RİH ile ilgili görsel sonucu

Düzdür, Elnur İsgəndərov hazırda Binəqədi İcra Hakimiyyətində işləmir, adı mətbuatda neqativ planda hallanandan sonra dayısı, ötən ilin dekabrına qədər vergilər naziri olan Fazil Məmmədov öz yanına işə aparıb. O gündən Elnur İsgəndərovun bahalı "Range Rover” markalı, Az 99 AA 812 nömrə nişanlı maşınını Binəqədi İcra Hakimiyyəti önündə ara-sıra görən olub. Bakı Vergilər Departamentində dayısının verdiyi iş isə bir şöbənin müavini vəzifəsi olub.

Oradakı iş yerinə də Elnur İsgəndərov o qədər də həvəs göstərməyib. Onun Binəqədi Rayon İcra Hakimiyətindəki vəzifəsi haqda da elə də geniş məlumat yoxdur. Bilinən odur ki, icra hakimiyyətinin binasındakı bir otaqda oturub. Həmin otaqda rayonda ev tikmək, obyekti genişləndirmək, torpaq məsələləri həll olunub. Atasının "yerdə qalan məsələlər” üzrə "müavin”i kimi işə gedib-gəlib.

Bundan başqa, məzuniyyətə göndərilən Xaləddin İsgəndərovu müvəqqəti əvəzləyən 1-ci müavini İlqar Süleymanovun, rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramovun, başçının qardaşı övladları Valeh və Nicatın da fəaliyyətləri araşdırma mövzusudur. Bu şəxslərin adları mətbuatda Binəqədi rayonu ərazisində torpaq zəbti, tikinti-söküntü işlərinə rəhbərlik edən vəzifə daşıyıcıları kimi keçib. Valehin Bakıda bir neçə yerdə əmlakları da müəyyən edilib. Onun bir xanım aparıcıya villadan savayı İnqilab küçəsində mənzil, İstanbulda da əmlak aldığı xəbərləri də araşdırma mövzusudur.

Bundan başqa, üzə çıxıb ki, Azadlıq prospektində, qoşa yanacaqdoldurma stansiyasından Binəqədi qəsəbəsi istiqamətinə 200 metr hərəkət etdikdə, yolun kənarındakı ağaclar gecə ilə kötüyündən çıxarılıb. Yaxınlıqda yaşayan sakinlər "yaşıl soyqırım”a ciddi etiraz ediblər. Məsələ böyüyüb və müvafiq dövlət qurumları işə qarışıb. Bundan sonra Xaləddin İsgəndərov sakinləri sakitləşdirmək üçün ərazidə kitabxana tikildiyini bildirib, tikinti aparılan obyektin qarşısına kitabxana tikintisinin aparılması haqda lövhə gətirilib. Bir müddət əvvəl tikinti başa çatıb və lövhəni əraziyə çağırılan yük maşınına tullayıblar. Növbəti gün isə sakinlər görüblər ki, gecə ilə obyektin üzərinə "Kafe Lanç” sözləri yazılmış lövhə vurulub. Bu obyektin də Xaləddin İsgəndərovun oğlu Elnur İsgədərovun olduğu, lakin ailəyə yaxın digər şəxsin adına rəsmiləşdirildiyi üzə çıxıb.

Məzuniyyətə çıxarılan başçı əsəbiləşdi, vəziyyəti pisləşdi və Almaniyaya aparıldı

Gələn məlumatlara görə, Xaləddin İsgəndərov məzuniyyətə göndəriləndən sonra səhhətində problemlər şiddətlənib. Mətbuatda ötənlərdə yazılanlara görə, Xaləddin İsgəndərov baş ağrılarından əziyyət çəkir və buna görə də mütəmadi müalicə olunur. O da bir çox məmurlar kimi müalicə üçün Almaniyaya gedib-gəlir. Adətən mart ayında müalicəyə gedən Xaləddin İsgəndərovun ilin əvvəlində Almaniyaya getməsini onun əsəbiləşməsi və baş ağrılarının şiddətlənməsi ilə əlaqələndirirlər.

Xaləddin İsgəndərov ile ilgili görsel sonucu

Bu arada, gununsesi.info etibarlı mənbəyə istinadən Xaləddin İsgəndərovun həbsi üçün artıq hüquq-mühafizə orqanları tərəfindən ilkin addımların atılmağa başlaması haqda məlumat yayıb. Sayt yazır ki, Xaləddin İsgəndərov Binəqədi rayonu "Zeytunluq” adlanan ərazidəki yarımçıq tikilidə yaşayan insanların yeni mənzillərə köçürülməsi prosesi ilə bağlı külli miqdarda maliyyə yeyintilərinə yol verib. Məlumatda həmçinin o da qeyd olunur ki, yeni mənzillərə köçən insanlara təqdim olunan evlərin sahəsinin genişliyinə görə onlardan əlavə pul alınıb. Mənzillərin bölgüsü şəffaf aparılmayıb. Bildirilir ki, artıq prokurorluq və polis tərəfindən birgə istintaq qrupu yaradılıb. Yanvarın 7-si istirahət günü olmasına baxmayaraq, həmin insanlar ifadə vermək üçün avtobuslarla Binəqədi Rayon Polis İdarəsinə aparılıblar. Bu faktlar onu göstərir ki, Xaləddin İsgəndərovun həbs olunması ilə bağlı versiyalar yaxın zamanlarda öz təsdiqini tapacaq.

Qeyd edək ki, Xaləddin İsgəndərov sabiq vergilər naziri Fazil Məmmədovun yeznəsidir. Fazil Məmmədov istefaya göndərildiyindən Xaləddin İsgəndərovun da işdən çıxarılcağı gözlənilir. Bəzi mənbələr isə Xaləddin İsgəndərovun həbs olunacağını bildirirlər. Son günlər mətbuatda onun milyonluq villalarının, əmlaklarının şəkillərinin yayılması da buna hazırlıqla bağlanılır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ