31 dek 17:38Sosial

2017-ci ildə onları itirdik... - Siyahı

2017-ci ildə onları itirdik... - Siyahı2018-ci ilə sayılı saatlar qalıb. Yola saldığımız 2017-ci il yaddaşlarımızda kədərli izlər qoyub. Bu ildə Azərbaycan bir çox tanınmış elm və sənət adamlarını itirdi.

2017-ci ildə dünyasını dəyişən tanınmış elm və sənət adamlarının siyahısını təqdim edirik:

23 yanvar - Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Faiq Qasımov dünyasını dəyişib. 68 yaşlı aktyor doğma ana yurdunda torpağa tapşırılıb.

25 yanvar - psixoloq Dəyanət Rzayev intihar edərək həyatına son qoyub. O, intihar etməmişdən öncə məktub yazaraq, ölümündə heç kimin günahı olmadığını qeyd edib.
12 fevral - Gənc tamaşaçılar teatrının aktrisası, əməkdar artist Kübra Dadaşova vəfat edib. 59 yaşlı sənətkar şəkər xəstəliyindən əziyyət çəkirdi. Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Kubra Dadaşova ailə qəbiristanlığında dəfn olunub.

16 fevral - Rejissor Şahin Zəkizadə dünyasını dəyişib. O, qan xərçəngi xəstəliyindən əziyyət çəkirdi. Rejissor Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunub.

13 mart - müğənni Rəşad Ənvəroğlu dünyasını dəyişib. Rəşad tamaşaçılara ATV-də yayımlanan “Azərbaycanın səsi” müsabiqəsindən tanışdır. O, yarışmada üçüncü olmuşdu. Müğənni doğulduğu kənddə torpağa tapşırılıb.

15 mart - Əməkdar İncəsənət xadimi, kinoşünas və rejissor Aydın Dadaşov 65 yaşında dünyasını dəyişib. O, Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

16 mart - jurnalist və yazar Mövlud Mövlud dünyasını dəyişib. O, özünü hündürmərtəbəli binadan ataraq intihar edib. Mərhumun cənazəsi doğulduğu Qazax rayonunda torpağa tapşırılıb.

21 mart - Əməkdar artist Əsgər Rəhimov dünyasını dəyişib. Aktyor ölümündən üç gün əvvəl qaraciyərindən əməliyyat olunub. Buzovna qəsəbə qəbiristanlığında dəfn edilib.

28 mart - Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib. O, bədxassəli şişdən əziyyət çəkirdi. Əməkdar artist doğulduğu Qobu kəndində torpağa tapşırılıb.

13 iyun - tanınmış bəstəkar Rauf Əliyev dünyasını dəyişib. Bəstəkarın 70 yaşı vardı. O, Bakıda ailə qəbiristanlığında dəfn olunub.

26 iyun - Opera və Balet Teatrının solisti, xalq artisti Qəndab Quliyeva da itirdiklərimiz sırasındadır. O, uzun illər ürək və böyrək çayışmazlığından əziyyət çəkib. Sənətkar Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunub.

25 iyun - Xalq artisti, xareoqraf Xumar Zülfüqarova 90 yaşında dünyasını dəyişib. O, "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

4 iyul - Əməkdar artist Telman Əliyev dünyasını dəyişib. 69 yaşlı sənətkarın halı qəflətənpisləşib, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək ümkün olmayıb. Xırdalan qəbiristanlığında dəfn edilib.

23 iyul - şair Yetim Eyvaz 65 yaşında vəfat edib. O, Siyəzən rayonunda, doğma Qərəh kəndində dəfn olunub. Şair ağ ciyər xəstəliyindən əziyyət çəkirdi.

23 avqust - Tanınmış meyxana ustadı Bayram Kürdəxanılı üçün də il düşərli olmadı. Toy mərasimindən evə qayıdan meyxanaçını yolu keçərkən maşın vurub. Sürücü B.Kürdəxanılını xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Kürdəxanı kənd qəbiristanlığında dəfn olunub.

6 sentyabr - Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə Kaliforniyada dünyasını dəyişib. Vəsiyyətinə əsasən onun nəşi Azərbaycana gətirilib və Fəxti Xiyabanda torpağa tapşırılıb.

14 sentyabr - Aşıq Ədalət (Ədalət Nəsibov) də bu il dünyasını dəyişənlər siyahısındadır.
78 yaşlı sənətkar uzun illər idi ki, xəstəydi. O, Qazax rayonunun Ağköynək qəbiristanlığında dəfn olunub.

26 oktyabr - Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov dünyasını dəyişib. Tanınmış diktor xərcəng xəstəliyindən əziyyət çəkirdi. R.Hüseynov Almaniyada, müalicə aldığı Düsseldolf şəhərindəki klinikada vəfat edib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ