19 dek 18:48Sosial

"O, istəyir ki, mən diz çökəm, qəbrin qarşısında üzr istəyəm"

"O, istəyir ki, mən diz çökəm, qəbrin qarşısında üzr istəyəm"Bu gün Nəsimi Rayon Məhkəməsində Xalq artisti Məleykə Əsədovanın Xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, hakim Natavan Tağıyevanın sədirliyi ilə keçirilən iclasda Məleykə Əsədova iştirak etməsə də, Ramiz Məlik məhkəməyə gəlib.

Ramiz Məlikin vəkili Türkel Süleymanlı Məleykə Əsədovaya qarşı 300 minlik qarşılıqlı iddiasını məhkəməyə təqdim edib. O, bildirib ki, M.Əsədova Ramiz Məlikin evinə zəng edərək ailəsini təhqir edib, nəvələrini oğurlatdırmaqla hədələyib. O, R.Məlikin şəkər xəstəsi olduğu üçün Məleykə Əsədovanın hədələrindən sonra əsəbiləşdiyini və bu müsahibəni verdiyini deyib.

Vəkil M.Əsədovanın "Anamın və atamın qəbrinin qarşısında dizin-dizin sürünüb üzr istəsə, iddiamı geri götürərəm" fikrini R.Məlikə qarşı təhqir kimi qiymətləndirib: "Bu, Xalq artistini başqalarının qarşısında alçaltmaq istəməkdir".

R.Məlik də məhkəmədə çıxış edərək Məleykə Əsədovanın onu alçatlmaq istəməsini və bundan zövq aldığını söyləyib: "O, istəyir ki, mən diz çökəm, qəbrin qarşısında üzr istəyəm. Mən itəm, boynuma zəncir bağlayıb, diz çökdürsün? O, mən diz çökərkən videomu çəkdirib, sonra məni təhqir etmək istəyir. Çünki belə şeydən zövq alır".

Qarşı tərəfi müdafiə edən hüquqşünas Tağı Hüseynov isə saytlara müsahibəsində "Kin-kidurətli", "ifunətli", "İndi qeyrətə gəlmisən?", "namərd" sözlərini işlətdiyinə görə 300 min təzminat tələb edilən iddianı əsassız sayıb. O, R.Məlikin daha iki maddə ilə məhkəməyə veriləcəyini deyib. Buna səbəb isə R. Məlikin M.Əsədovanı saxta evlilikdə günahlandırması və qızının öz övladı olmadığını iddia etməsidir.

Hakimin qərarı ilə tərəflər dinlənildikdən sonra məhkəmə yanvarın 8-inə təxirə salınıb.

Qeyd edək ki, M. Əsədova həmkarından 200 min manat, R. Məlik isə Xalq artistindən 300 min manat məbləğində təzminat tələb edir.
loading...
XƏBƏR LENTİ