15 dek 19:56Sosial

ALDP Oktay Eldəgəzin adını əbədiləşdirdi - Diplom onun xanımına verildi - FOTOLAR

ALDP Oktay Eldəgəzin adını əbədiləşdirdi - Diplom onun xanımına verildi - FOTOLARAzərbaycan Liberal Drmokrat Partiyasında (ALDP) Milli Azadlıq Qərargahının (MAQ) yaradılmasının 60 illiyi ilə bağlı tədbir keçirilib.

Xatırladaq ki, dekabrın 17-də (MAQ) 60 ili tamam olur. MAQ-ın adı Oqtay Eldəgəzlə bağlıdır. MAQ 1957-ci ildə SSRİ-yə qarşı 95 nəfər Azərbaycan ziyalısının gizli yığıncağında yaradılıb. 1982-ci ilin dekabr ayının 12-də Ağdamın Mərzili kəndində öz fəaliyyətini dondurub.

Azərbaycanın ictimai-siyasi xadimi, Azadlıq uğrunda mübarizlərdən biri kimi adı dərsliklərə salınan Oqtay Eldəgəz 1958-ci il may ayında Sumqayıtda baş verən kütləvi mitinqlərin təşkilatçılarından biri olub. MAQ-çılar Sumqayıt təşkilatlarında, idarə və müəssisələrində, təhsil, səhiyyə qurumlarında kök salmış daşnak-hayk və rus şovinistlərinin işdən çıxarılmasını təşkil edib, onların yerinə azərbaycanlıların təyin edilməsinə nail olublar. Oqtay Eldəgəz ictimai gerçəkliyin azərtürkləşdirilməsi yolundan sapmayaraq milli oyanış və istiqlal amallarımızda təkrarsız xidmət göstərib.
ALDP Oktay Eldəgəzin adını əbədiləşdirdi - Diplom onun xanımına verildi - FOTOLAR
O, 1962-ci və 1976-cı illərdə DTK zirzəmisində üst-üstə 5 il 2 ay həbsdə olub. Bu müddətdə səhhəti korlanıb, əl və ayaq dırnaqlarını itirib. 2002-ci il may ayının 16-da öz doğma kəndində vəfat edib.

ALDP sədri öz çıxışında Milli Azadlıq Qərargahının (MAQ) yaradıcısı, Azadlıq uğrunda mübariz Oktay Eldəgəzin adının əbədiləşdirilməsi ilə bağlı mükafat təsis etdiyini qeyd edib.

ALDP-nin təsis etdiyi “Oqtay Eldəgəz” diplomu hər il Azərbaycanın bütövlüyü, müstəqilliyi uğrunda fəal iştirak edən şəxsə (lər) veriləcək.

İlk olaraq diplom O.Eldəgəzin həyat yoldaşı Rəfiqə Rəfiliyə təqdim edilib.

Rəfiqə Rəfili ALDP sədri Fuad Əliyevə Diplomun təsis etdiyinə görə öz təşəkürünü bildirdi, Oqtay Eldəgəz haqqında ətraflı məlumat verib və ALDP-yə onun haqqında çap olunan bir neçə kitab bağışlayıb.
ALDP Oktay Eldəgəzin adını əbədiləşdirdi - Diplom onun xanımına verildi - FOTOLAR
ALDP Oktay Eldəgəzin adını əbədiləşdirdi - Diplom onun xanımına verildi - FOTOLAR
loading...
XƏBƏR LENTİ