13 dek 15:10Sosial

Qubada “Məktəb könüllüləri” layihəsinə yekun vurulub

Qubada “Məktəb könüllüləri” layihəsinə yekun vurulubQubada “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriyalar üzrə qalibi olmuş “Məktəb könüllüləri” layihəsinə yekun vurulub.
Layihəsinin əsas məqsədi şagirdlərin ictimai aktivliyinin artırılması, elmi və məlumatlılıq səviyyəsinin yüksəldilməsi üçün qeyri-formal təhsil metodlarının təşkili yolu ilə maraqlı və effektiv öyrənmənin təmin edilməsi, şagirdlərdə liderlik, natiqlik, layihələrin hazırlanması, könüllülük üzrə ilkin vərdişlərin formalaşdırılması və daha sonra əldə etdikləri biliklər haqqında layihə hazırlayıb idarəetmə bacarıqlarının inkişafına nail olmaqdır.

Layihə Quba rayonunun Talabıqışlaq və Qaraçay kəndlərində VIII, IX və X sinif şagirdlərini əhatə edir. Layihə çərçivəsində xüsusi motivasiyası üzrə hər sinifdən seçilmiş 5 nəfər, ümumilikdə hər məktəbdə 15 nəfər şagirdə liderlik, natiqlik, könüllülük, layihə təklifinin hazırlanması və idarə edilməsi, komanda işi və ünsiyyət strategiyaları mövzularında təlimlər keçirilməsi nəzərdə tutulub.

Artıq layihə çərçivəsində Talabıqışlaq və Qaramay kənd tam orta məktəblərində təlimlərə yekun vurulub. 8, 9 və 10-cu sinif şagirdlərinin iştirakı ilə keçirilən təlimlərdə təlimçilər tərəfindən iştirakçılara “Könüllük və onun psinsipləri”, “İctimai aktivliyin faydaları”, “Natiqlik” və “Liderlik” mövuzlrında təlimlər keçirilib. Yekunda iştirakçılara sertifikatlar təqdim edilib.

Nərgiz Mahmudovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.
Qubada “Məktəb könüllüləri” layihəsinə yekun vurulub
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46