13 dek 12:31Sosial

Nə? Harada? Nə zaman? intellektual oyun - Şabranda

Nə? Harada? Nə zaman? intellektual oyun - ŞabrandaŞabran gəncləri “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramınən icrasına cəlb edilib.

Şabran rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində imzalanmış “Azərbacan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası ilə əlaqədar gənclərin iştirakı ilə “Nə? Harada? Nə zaman?” turniri təşkil olunub.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov ölkmizdə gənclər siyasəti sahəsində aparılan işlrdən danışıb, sayca üçüncü olan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında gənclərin müxtəlif istiqamətləri üzrə inkişafını nəzərdə tutan müddəlar barədə gənclərə məlumat verib.
Tədbirdə iştirak edən Şabran rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Elvin Vəliyev bu kimi layihə və tədbilərin gənc nəslin təhsilə olan marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasında təşkil olunan yarışda “Pentaqram” komandası birinci, “Çıraqqala” ikinci, “Zirvə” komandası üçüncü olub.

Yarışın yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunan layihənin əsas məqsədi şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşki etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.

Yanvar ayına qədər davam edəcək layihə çərçivəsində bu günə qədər Xızı, Siyəzən və Qusar rayonlarında tədbirlər təşkil olunub. İlin sonunadək Xaçmaz və Quba rayonlarında da intellektual oyunlar keçiriləcəkdir.
Nə? Harada? Nə zaman? intellektual oyun - Şabranda
Nə? Harada? Nə zaman? intellektual oyun - Şabranda
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46