12 dek 13:47Sosial

Şirvanda biabırçı hadisə — Polisi daşla yaraladı, sonra alt geyimində saxlanıldı (YENİLƏNİB)

Şirvanda biabırçı hadisə — Polisi daşla yaraladı, sonra alt geyimində saxlanıldı (YENİLƏNİB)Şirvanda polisə xəsarət yetirən Əlikram Xurşidovla bağlı yeni faktlar üzə çıxıb.
"Ölkə.Az"ın əldə etdiyi məlumata əsasən, ötən ayın 22-də Şirvan şəhərində saxlanılan Əlikram Xurşidov Müsavat partiyasının Şirvan şəhəri üzrə sədridir.

Daxili İşlər Nazirliyindən "Ölkə.Az"a verilən məlumata əsasən, qonşuların şikayəti əsasında əraziyə gələn polis mayoru Elçin Talıbov Ə.Xurşidovu intizama dəvət edib. Lakin Ə.Xurşidov polisin qanuni tələbinə tabe olmayaraq, onun ayağına daşla xəsarət yetirib. Bundan sonra isə Əlikram Xurşidov alt geyimində Şirvan ŞPŞ-yə gətirilərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.

Şirvan ŞPŞ-də polisə xəsarət yetirərək saxlanılan şəxsin Müsavat partiyasının üzvü olduğu faktını partiya rəsmiləri də təsdiqləyib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının sözlərinə görə, Əlikram Xurşidov həqiqətən Müsavat partiyasının Şivan şəhər təşkilatının sədridir.

***
Şirvan şəhər sakini Əlikram Xurşidov qonşuların şikayəti əsasında əraziyə gələn polis işçisini daşla yaralayıb.

“Ölkə.Az”-ın Şirvan şəhər Polis Şöbəsindən (ŞPŞ) əldə etdiyi məlumata görə, hadisə Şirvan şəhərinin “kənd evləri” adlanan yaşayış massivində baş verib.

Belə ki, 18.01.1978-ci ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri, Xanlar küçəsi, ev 107 ünvanında qeydiyyatda olan Xurşidov Əlikram İdris oğlu şəhərin “kənd evləri” adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evində rəngsazlıq xidməti göstərir. Əlikram rənglədiyi evin sahibəsi Elnarə Kərimova ilə intim əlaqədə olduğu zaman, həmin qadının qeyri-rəsmi həyat yoldaşı olan Niyaməddin Aliyarov tərəfindən yaxalanıb. Həyat yoldaşını başqa kişi ilə bir yerdə tutan Niyaməddin Aliyarovla Əlikram Xurşidov arasında insident baş verib. İnsident zamanı yaranan səs-küydən narazı qalan qonşuların məlumatı əsasında hadisə yerinə polis əməkdaşları gəlib. Bu zaman polis əməkdaşları ilə Əlikram Xurşidov arasında mübahisə yaranıb.

Nəticədə Əlikram Xurşidov hüquq-mühafizə orqanının əməkdaşını daşla yaralayıb. Bundan sonra isə Əlikram Xurşidov alt geyimində Şirvan ŞPŞ-yə gətirilərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46