11 dek 21:29Sosial

İlhamənin oğlu Orxan Nadirov 100 mini necə mənimsəyib? - Deputat və nazir qohumları da onunla əlbir imiş...

İlhamənin oğlu Orxan Nadirov 100 mini necə mənimsəyib? - Deputat və nazir qohumları da onunla əlbir imiş...Mərhum xalq artisti İlhamə Quliyevanın həbs edilən oğlu Orxan Nadirovun 3 gün əvvəl həbs edilmişdi. Onun həbsini Daxili İşlər Nazirliyi də təsdilədi. Lakin cəmi iki gün sonra Criminal.az saytına məlumat daxil oldu ki, O.Nadirov zaminə buraxılıb.

Onun özü isə ölke.az saytına açıqlamasında DIN-ni təkzib etdi və həbsini məsuliyyətsiliyi ilə əlaqələndirdi: "Binəqədi Rayon Polis İdarəsinin baş müstəntiqi Mehman Ələsgərov tərəfindən bir cinayət işində şahid qismində dəvət edilmişdim. Ancaq məsuliyyətsizlik edərək getmədiyim üçün barəmdə məcburi gətirilmə qərarı çıxarıldı və 48 saat müddətinə azadlığım məhdudlaşdırıldı. Qanun qarşısında hamımız bərabərik. İki sutka dörd saat əvvəl tamam oldu, hazırda evimdəyəm".

Criminal.az-ın əldə etdiyi məlumata görə, O.Nadirov hazırda həbsdə olan Səbuhi Əliyevin azadlığa buraxılması üçün ümumilikdə 80 min manatdan artıq pul mənimsəyib. Bunu O. Nadirovun dostu olmuş Vüqar Bəkirov da Criminalaz-a açıqlamasında bildirib, bu haqda bir azdan..

''Səbuhi Əmrə kimdir?''

Əliyev Səbuhi Bayram oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib. Biləsuvar rayon sakini olan S.Əliyev özünü Türkiyə vətəndaşı "Əmrə Ünlü Miyaroğlu" kimi təqdim edərək qeyriləri ilə cinayət əlaqəsinə girib. O, aldatma yolu ilə, yəni onlara guya təmir-tikinti sahəsində dövlət layihələrinin həvalə olunması adı ilə dövlət orqanlarının yüksək vəzifəli şəxslərinin adlarından sui-istifadə etməklə 2012-ci ilin iyul-sentyabr aylarında "Kapital" MMC-nin nümayəndəsi Ramiz Hüseynovdan "Azərsu" ASC-nin Xızı rayonunda tikilməsi planlaşdırılan su anbarının tikintisi üçün 14 min 200 manat pul alıb. Bundan başqa onlar "Rifah-inşaat" MMC-nin rəhbəri Abbas Rüstəmovdan "Qızıl-Qaya" su anbarının tikintisi adı ilə 10 min, həmçinin Quba rayonunda 4 orta məktəbin tikintisi üçün daha 20.0 min manat pul alaraq külli miqdarda özgə əmlakını ələ keçiriblər. Ancaq onun əməlləri bununla bitmir.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında S.Əliyevin cinayət əməlləri haqda materiallar var. Məlum olur ki, FHN adından istifadə edən bəzi “işbazlar” zəlzələ bölgəsində (Zaqatala, Qax) zərərçəkmişləri aldadaraq, onların vəsaitlərini mənimsəməklə məşğul olurlar. Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat tədbiri zamanı “Merac Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə heyətinin sədri Əliyev Səbuhi Bayram oğlunun öz qulluq mövqeyindən sui-istifadə etdiyi aşkara çıxarılıb. Belə ki, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə özünü vətəndaşlara türk iş adamı “Əmrə Ünlü”, “Səbuhi Əmrə” kimi təqdim edən Səbuhi Əliyev həmin şəxslərdə özünə inam yaradaraq guya Fövqəladə Hallar Nazirliyi tərəfindən zəlzələ nəticəsində Zaqatala və Balakən rayonlarında zərər dəymiş fərdi yaşayış evlərinin tikintisinin “Merac Holdinq” MMC-yə həvalə edilməsi barədə saxta əmrləri nümayiş etdirməklə həmin evlərin tikinti işlərinə fiziki və hüquqi şəxsləri subpodratçı kimi cəlb edəcəyini vəd etməklə onlardan külli miqdarda pul alıb.

Səbuhi Əliyev Zaqatala rayonu ərazisində inşa ediləcək 204 evin tikintisinin “Bakıenerjitikinti” ASC-yə həvalə olunacağını yalandan əsaslandırmaqla bunun müqabilində hər ev üçün 120 manat olmaqla, cəmi 24480 manat istəyib, 23 may 2014-cü il tarixində özünün xidməti otağında 20.000 manat pulu “Bakıenerjitikinti” ASC-nin nümayəndəsindən alarkən əməliyyat qrupu tərəfindən cinayət başında yaxalanıb.

Xalq artistinin oğlu S.Əliyev-in azadlığa çıxardacağına söz verərək, onun qardaşından külli miqdarda pul alaraq mənimsəyib.

24 min manatı Dəniz Vağzalının qarşısında verib

V.Bəkirov Criminal.az-a açıqlamasında O.Nadirovun əməlləri barədə geniş danışıb. Bildirib ki, S.Əliyevi elə Orxanla eyni vaxtda tanıyıb: ''Tutulan şəxsi Orxanla eyni vaxtda tanımışam. Mənim şirkətim vardı, Səbuhi Əliyevlə iş birliyim var idi. Həmin adamla məni Orxan tanış etmişdi. Həmin vaxt Səbuhi özünü türk iş adamı kimi qələmə vermişdi. Adını isə Səbuhi Əmrə kimi demişdi. Onun ''Miss Qlobal Azərbaycan'' yarışmasının finalının təşkilati məsələlərini mənə həvalə etmişdi. Tutulandan sonra bildim ki, o, azərbaycanlıdır, Biləsuvar rayonundandır''.

V.Bəkirovun sözlərinə görə, O.Nadirov Sabuhinin azad olunması üçün qardaşı Xaliq Əliyevdən ilk dəfə 24 min manat alıb: ''Xaliq pulu Dəniz Vağzalının qarşısında Orxanın dostuna verib. Bundan sonra isə Orxana 1500, 2000, 4000 manat olmaqla ümumilidə 10 min manat verilib. 10 min manatı Xaliq Səbuhinin keçmiş işçisi olmuş Orxan İkibaşovdan borc alıb verib. Bundan sonra Səbuhinin bu gün-sabah burxalacağı deyilir. Qardaşı saatlarla Səbuhuni Korrupsiya Qarşı mübarizə idarəsinin qarşısıında gözləyir. Beləliklə, bir müddət keçdikdən sonra yenidən 35 min manat tələb olundu. Guya Səbuhini buraxdırmaq çətin oldu, Baş Prokurorluqdan bu işə nəhayət ki cavab verildi. Bu adla yenidən 35 min manat pulu Orxana mənim yanımda verdilər. Orxan isə pulu aparıb dostu Fuada verir. Bir də xəbər tutduq ki Səbuhiyə Ağır Cinayətlər Məhkəməsi 12 il cəza verib. Beləliklə pul yeyildi, mən qaldım bunların əlində. Guya pulu mənə veriblər''.

''Kraliça, rahat oldun, Vüqari tutdurdum..''

V.Bəkirov deyir ki, işin həll olunması üçün yuxurı yerlərdən adamların adlarını çəkirdi, güya işi onlar həll edir: ''Bunlar məni ortada qoyub qaçılar. Bu işdə deputatın kürəkəninin adı hallandırılıb. Onıların bütün kartlarını açdıqdan sonra planlı şəkildə iş qurub məni aradan götürdülər. 1 il 2 ay həbsdə saxladılar. Çətinliklə də olsa apellyasiyada bəraət aldım. Hətta dedilər ki, mən həbs olunandan sonra Orxan İlhaməyə deyib ki, Kraliça rahat oldun, Vüqari tutdurdum. Bu məsələdə Orxanının dostlarının içərisində nazirin qardaşı oğlunun da adı çəkilirdi. Nazirin qəbulunda da oldum. Sonradan məlum oldu ki, həmin adamın bunlarla əlaqəsi yoxdur. Sadəcə Səbuhidən alınan pöul işində adı keçən bir nəfəri mənə adını çəkmədiyim nazirin qardaşı oğlu kimi təqdim ediblər''.

''Bu məsələ ilə bağlı İlhamə Quliyevaya da demişdim''

''Orxan Nadirovun natorial qaydada dilindən verdiyi sənəd var. Vəd verir ki xırda-xırda alınmış 10 min manata qaytaracaq. Bu məsələ ilə bağlı İlhamə Quliyevaya da demişdim. O, mənə 10 min verdi, aparıb qaytardım. Bundan sonra Orxan aləmi qarışdırdı ki, o pulu almayıb, güya başqa adamın yerinə qaytarır. Bundan sonra İlhamə pulun geri qaytarılmasını tələb edir. Mən də borc taparaq 10 mini geri qaytardım. Beləliklə 10 min manatı Orxanın yerinə mən ödəmiş oldum. Hətta sonra Orxan dedi ki, 35 min manata həbs olunan Səbuhinin qardaşına qaytarıb, amma bu da absurd idi. Bu işin əvvəldən axırına kimi içərisində olmuşam. Pullar məqsədli və planlı şəkildə alınıb. Onlar da bilirdi ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin tutdugu adamı çıxartmaq mümkünsüzdür. Onların məqsədi pulu mənimsəyiblər. Ümumilikdə 100 min manata qədər pul mənimsənilib''-deyə V.Bəkirov vurğuladı.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46