11 dek 13:06Sosial

ALDP MAQ-ın 60 illiyini qeyd edəcək

ALDP MAQ-ın 60 illiyini qeyd edəcəkAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib.
İclasda Milli Azadlıq Qərargahının (MAQ) 60 illiyinin qeyd olunması və ictimai-siyasi vəziyyət müzakirə olundu.

ALDP sədri Fuad Əliyev MAQ-ın yaranması barədə qısa arayış verdikdən sonra həmin təşkilatın 60 illiyini keçirilməsini vacib olduğunu bildirib.

“ Sovet imperiyasına qarşı yaranan bu təşkilat gizli şəkildə fəaliyyət göstərib. MAQ üzvləri Azərbaycanın müstəqillik üğrunda mübarizə aparıblar. Hesab edirəm ki, bu fədakar insanlar 1918-ci ildə F.X.Xoyskinin, Topçıbaşovun və digərlərin Şərgdə ilk dəfə yaratdığı Azərbaycan Demokratik Respublikasının davamçılarıdırlar”. Fuad Əliyev qeyd edib. Toplantıda MAQ-ın 60 illiyinin qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb.
loading...
XƏBƏR LENTİ