07 dek 14:55Sosial

Layihənin icrası Qubadlı rayon məktəbində davam edir

Layihənin icrası Qubadlı rayon məktəbində davam edirSumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Urfan Əliyev tərəfindən “Təbiətin gənc mühafizəkarları” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Saray kənd orta məktəbində növbəti tədbir keçirildi.

Tədbirdə U. Əliyev yeniyetmələrə layihə, onun məqsədi və donoru haqqında məlumat verdi.

Layihənin eksperti ətraf mühitin qorunması, ekoloji mühitin təmizliyi istiqamətində aparılan işlərdən danışdı. Ekspert respublikamızda ekoloji mühitin formalaşdırılması məqsədi ilə keçirilən ağacəkmə, yaşıllığın artırılması aksiyalarında əhalinin böyük həvəslə iştirak etməsində və bu aksiyalarında əhəmiyyətindən bəhs etdi.

Məktəbin müəllimi çıxış edərək məktəbin həyətindəki ağacların və siniflərdəki dibçək güllərinin şagirdlərin və müəllimlərin sağlamlığı üçün böyük əhəmiyyətindən danışdı və yeniyetmələrə bu ağacları və gülləri qorumağı, onlara qulluq etməyi tövsiyə etdi.

Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr etdirilmiş bukletlər və dəftərxana ləvazimatları paylanıldı.

loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ