07 dek 12:08Sosial

Xaləddin İsgəndərov vəzifədən çıxarılır? - Açıqlama

Xaləddin İsgəndərov vəzifədən çıxarılır? - AçıqlamaBinəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun vəzifəsindən çxarılması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

Bu sözləri Axar.az-a rayon icra hakimiyyətindən bəzi media qurumlarında X.İsgəndərovun vəzifəsindən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildiriblər.

İcra hakimiyyətindən verilən məlumata görə, icra başçısı hazırda iş başındadır:

“Xaləddin İsgəndərovun vəzifəsindən çıxarılmasından söz belə gedə bilməz. Bu, Prezidentin sərəncamı ilə gerçəkləşir. Hazırda icra başçısı vəzifəsini davam etdirir”.

Qeyd edək ki, bəzi KİV-lərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun vəzifədən çıxarılacağı, artıq X.İsgəndərovun işə çıxmadığı barədə qeyri-səhih məlumat yayılıb.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ