06 dek 22:27Sosial

Jurnalist-publisist İradə Sarıyevanın kitabı işıq üzü görüb

Jurnalist-publisist İradə Sarıyevanın kitabı işıq üzü görüb"Xatirə Kitabı"nın layihəsi əsasında nəşr edilən “Gözlə, gələcəyəm” kitabı şəhid Aydın Abdullayevin ömür və döyüş yoluna həsr edilib.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xatirə Kitabı Redaksiyası ilə “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından ilk kitab nəşr edilib. “Gözlə, gələcəyəm” adlı kitabın müəllifi jurnalist-publisist İradə Sarıyevadır.

“Gözlə, gələcəyəm” sənədli povestində 23 yaşında Vətən uğurunda şəhid olmuş, xalqımızın cəsur oğlu, gizir, kəşfiyyatçı-snayper şəhid Aydın Əmirsoltan oğlu Abdullayevin ömür yolundan söhbət açılır.

Son dərəcə təsirli səhnələrlə zəngin olan bu kitab şəhidlərimizin müqəddəs ruhlarına yazılmış elegiyaya bənzətmək olar. İnanırıq ki, gələcək nəsillərə nümunə olacaq şəhid Aydın Abdullayevin ömür yolundan bəhs edən bu kitabı oxucular maraqla qarşılayacaq.

“İstedadlı qələm dostum İradə Sarıyevanın köksündən vurulan yaralı bir durna harayına sətirlərinin arxasından Aydının Ay işığı çöhrəsini görürəm,pıçıltılarını eşidirəm elə bil”. Bu ifadə kitabın redaktoru Zülfüqar Şahsevənlinin “Gözlə, gələcəyəm” kitabına yazdığı “Gedirsən, tez qayıt gəl, gözü yolda qalan var” sərlöhvəli redaktor sözündə yer alıb.

Qeyd edək ki, kitabın layihə rəhbəri Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, bədii redaktoru tanınmış qələm sahibi Zülfüqar Şahsevənli, rəyçisi “Bakı-Xəbər" qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aydın Quliyevdir.

“Azəri Poliqrafia”da nəşr edilən “Gözlə, gələcəyəm” kitabının korrektorları Kamilə Dilbazi, Aybəniz Sadıqova, texniki redaktoru Dilarə Hüseynova, dizayneri isə Cəfər Kərimovdur.
“Gözlə, gələcəyəm” müəllifin ilk kitabıdır.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ