06 dek 20:44Sosial

Birinci qrup əlil məzuniyyət pulunu ala bilmir - ŞİKAYƏT

Birinci qrup əlil məzuniyyət pulunu ala bilmir - ŞİKAYƏTBakı şəhər Qaradağ rayonu Qızıldaş qəsəbəsi sakini, 1-ci qrup əlil Şükürova Minarə Həsrət qızı Avrasiya.net vasitəsilə Azərbaycanın birinci xanımına müraciət edərək illərlə çalışdığı "Gülbaxt" tikinti materialları kombinatından məzuniyyət pulunu ala bilməməsindən şikayətlənib.

Müraciəti olduğu kimi təqdim edirik:

ŞİKAYƏT ƏRİZƏSİ

Mən üzləşdiyim qanunsuzluğa görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət etmək istəyirəm. Hörmətli Mehriban xanım 1995-ci ildə "Gülbaxt" tikinti materialları kombinatına ekonomist kimi işə qəbul olunmuşam (əmr №21/k 01.07.1995) . 01 mart 1996-cı ildə ( №02/k ) köçürmə yoluyla həmin kombinatda baş mühasib işləməyə başlamışam ( №02/k 01.03.1996). 06 yanvar 2016-cı ildə isə səhətimdə olan problemlərlə əlaqədar öz xahişimlə işdən azad olunmuşam (əmr № 03 06.01.2016). ) 2001- ilə kimi məzuniyyətlərimdən istifadə etmişəm.

Belə ki, 01.07.2003-cü ildə 1996-1997, 02.08.2004-cü ildə 1998-1999, 01.08.2016-cı ildə isə 2000-2001-ci illərin məzuniyyətindən istifadə etmişəm. 2001-ci ildən 2016-cı ilə kimi işlədiyim müddətdə məzuniyyətlərimdən istifadə etməmişəm. İşdən çıxdığım vaxtdan yəni 06 yanvar 2016-cı ildən bu günə kimi dəfələrlə istifadə etmədiyim məzuniyyət pulumu tələb etsəmdə kombinatın rəhbərliyi tərəfindən məni hər dəfə bir bəhanə ilə yola salırdılar.Sonuncu dəfədə kombinatda olanda rəhbərlik mənə bildirdi ki, işlədiyin müddətdə vaxtında məzuniyyətə çıxardın. Bizim indi sənə veriləsi pulumuz yoxdur.

Qeyd edim ki, işlədiyim illərdə məzuniyyətə çıxmaq istəyəndə kombinatın rəhbərliyi məni əvəz edənin olmamasını əsas gətirərək mənə məzuniyyətdən istifadə etməyimə icazə verməyiblər. Mən mühasib işlədiyim üçün hansı illərdə məzuniyyətdən istifadə etməmişəmsə dəqiqliklə bilirəm.

Hörmətli Mehriban xanım, İkinci qrup əlil oğlumun 3 nəfərdən ibarət olan ailəsidə mənim himayəmdədir. Özüm də birinci qrup əliləm. Daima müalicəyə ehtiyacım var. Sizdən xahiş edirəm yuxarıda göstərdiklərimi nəzərə alasınız "Gülbaxt" tikinti materilalları kombinatında işlədiyim müddətdə istifadə etmədiyim illərin məzuniyyət pulunun alınmasında mənə köməklik edəsiniz. Siz həmişə əlillərə və qadınlara xüsusi diqqət və qayğı göstərmisiniz. Mən Sizə səmimi qəlbdən inanıram.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ