26 noy 10:16Sosial

Ekstrasens astroloqu duelə çağırdı – Mübahisə

Ekstrasens astroloqu duelə çağırdı – MübahisəBuyursun Səbuhi Rəhimli yaxın 6 ay ərzində baş verəcək hadisələr barədə proqnoz versin, mən də proqnoz verim. Baxaq görək, kimin dedikləri düz çıxacaq.

Bu sözləri Axar.az-a məşhur ekstrasens Nadim Alixanov məşhur astroloq Səbuhi Rəhimlinin onun verdiyi proqnozlardan çoxunun düz çıxmaması ilə bağlı dediyi fikirlərə münasibət bildirərkən deyib.

Ekstrasens bildirib ki, bir qədər səbirli olsalar, dediklərinin reallaşacağını görəcəklər:

“Mən ötən il haqqında proqnoz verəndə artıq 2017-ci ilin aprel ayı keçmişdi. Səbuhi Rəhimli mənim proqnozlarımı müzakirə etməzdən əvvəl öz açıqlamaları barədə danışsın. O niyə təkcə bəzi proqnozlarımı qeyd edib? Mənim reallaşan proqnozlarım da çoxdur. Onları niyə qeyd etməyib?

Mən bildirmişdim ki, 2017-ci lin sentyabrında müsəlman qırğını olacaq, necə demişdimsə, elə də oldu. Demişdim ki, su daşqınları və zəlzələlər olacaq, onlar da baş verdi. Bunlardan niyə danışmır?”

N.Alixanov bildirib ki, S.Rəhimli də onu tənqid etməzdən əvvəl özünün düz çıxan proqnozlarını sadalasın, məlumat versin:

“Görək kimin dedikləri özünü doğruldub. Buyursun, Səbuhi Rəhimli, yaxın 6 ay ərzində baş verəcək hadisələr barədə proqnoz versin, mən də proqnoz verim. Baxın görün, kimin dedikləri düz çıxacaq.

Manatın məzənnəsindən danışıb deyir ki, dediklərim özünü doğrultmayıb. Ancaq mənim dediyim zamana hələ qalıb. Səbuhi Rəhimliyə və onun kimi mənim proqnozlarıma inanmayanılara demək istyirəm ki, tələsməsinlər, gözləsinlər. Səbirli olsunlar”.

Qeyd edək ki, məşhur astroloq Səbuhi Rəhimli ekstrasens N.Alixanovun özünü doğrultmayan proqnozlarına görə hesabat verməli olduğunu bildirmişdi.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Bu gün, 13:46