21 noy 12:19Sosial

ALDP-dən gömrük özbaşnalığına etiraz

ALDP-dən gömrük özbaşnalığına etirazAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. İclasda ictimai-siyasi vəziyyət, Bakı şəhəri, Beynəlxalq Aeroportunda Gömrük işçilərinin özbaşınalığı və təşkilatı məsələlər müzakirə olunub.

Toplantıda ALDP sədrinin müşaviri Fizuli Kərimov partiyanın Lənkəran, Tovuz və Gədəbəy rayon təşkilatların fəaliyyətlərinin gücləndirilməsi ilə bağlı təkliflər irəli sürüb.

İclasda Bakı şəhəri, Beynəlxalq Aeroportunda Gömrük işçilərinin özbaşınalıqları ilə bağlı bəyanat qəbul olundu.

Bəyanatda deyilir:

Hakimiyyətin turizmin inkişafı ilə bağlı verdiyi bəyanatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Xarici ölkələrdən qələn turistlərin Azərbaycana axını bir başa regionlarda vətəndaşların rifahına, kiçik biznesin inkişafına yönəlib. Bu sevindirici haldır. Amma çox təəssüf ki, istər avtomobil nəqliyyatı ilə gələn və istərsə də Hava limanları vasitəsilə gələn qonaqlar və Azərbaycan vətəndaşları gömrük işçiləri tərəfindən heç bir səbəbdən qeyri-qanuni yoxlamalara məruz qalılar. Belə ki, noyabrın 19-u tanınmış kinorejisor, hörmətli Cəfər Axundzadə xaricdən qayıdarkən onun və onun ailəsi Bakı şəhəri, Beynəlxalq Aeroportunda gömrük işçiləri tərəfindən qeyri-qanuni, səbəbsiz yoxlamaya və təzyiqlərə məruz qalıb. Gömrük işçilərinin təzyiqləri nəticəsində hörmətli kinorejisorun balaca qızın qorxması nəticəsində burnundan qan axmağı belə onları saxlamadı. Liberal Demokrat Partiyasının üzvləri belə problemlərlə dəfələrlə üzləşiblər. Partiya üzvləri xaricdən qayıdarkan və yaxud xaricdən qonagları qarşılıyarkan gömrük işçilər tərəfindən kobud münasibət, qeyri-qanuni və səbəbsiz yoxlamalara məruz qaliblar.

ALDP bu kimi faktları aradan qaldırmağa və Azərbaycan vətəndaşlarının, Azərbaycana qələn qonaqların gömrükdən keçməyə normal şəraiət yaradılmasını tələb edir.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:15
Dünən, 10:41