17 noy 15:45Sosial

Müdafiə naziri komandirləri topladı

Müdafiə naziri komandirləri topladıNoyabrın 17-də Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Silahlı Qüvvələr miqyasında keçirilən komanda-qərargah hərb oyunlarına cəlb olunan rəhbər heyətlə xidməti müşavirə keçirilib.

MN-dən verilən məlumata görə, nazirliyinin Baş idarə, idarə rəisləri, Silahlı Qüvvələrin qoşun növləri komandanları, birlik və birləşmə komandirlərinin iştirakı ilə keçirilən müşavirədə qoşunlara təlimlə əlaqədar əməliyyatların planlaşdırılması üzrə göstərişlər və döyüş sərəncamları çatdırılıb.

Müdafiə naziri təlimlərdə iştirak edən rəhbər heyətin məruzələrini dinlədikdən sonra müvafiq tapşırıq və göstərişlərini verib.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27