17 noy 11:02Sosial

Bakıda vəzifəli şəxsin oğlunun avtoşluğu - VİDEO

Bakıda vəzifəli şəxsin oğlunun avtoşluğu - VİDEOBakıda sərxoş sürücü tərəfindən növbəti avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınb.

Report xəbər verir ki, hadisə reyd aparılan zaman Nərimanov rayonu ərazisində baş verib.

10 LJ 600 dövlət qeydiyyat nişanlı BMV markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona Yol Patrul Xidmətinin (YPX) 99 YP 481 dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan polis əməkdaşları tərəfindən "saxla!" əmri verilib. Lakin sürücü əmrə tabe olmayıb. Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib. Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib.

Sürücünün maşını evakuatorun götürə bilməməsi üçün divara və digər maşına mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa ərazidən götürülərək cərimə meydançasına aparılıb.

YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib. Sürücü haqqında araşdırmalara başlanılıb.

BMV markalı avtomobilin YPX maşınları tərəfindən təqib olunduğu kadrları sizə təqdim edirik:
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ
Dünən, 12:15
Dünən, 10:41