28 okt 13:22Sosial

Nüşabə Ələsgərli yazarı təhqir etdi: "Mənim unitazım sənin başından qiymətlidir"

Nüşabə Ələsgərli yazarı təhqir etdi: "Mənim unitazım sənin başından qiymətlidir"Bir neçə gün bundan öncə yazar, tərcüməçi Sevil Gültən kirayə qaldığı evlərdə yaşadığı problemlər haqqında danışıb.

A24.Az xəbər verir ki, yazarın bir zamanlar kirayə qaldığı evlərdən biri də tanınmış müğənni Nüşabə Ələsgərlinin “Sevil” kinoteatrının yaxınlığında yerləşən mənzili olub. O bildirib ki, kirayə qaldığı mənzillərin heç birində yaşayış üçün normal şərait olmayıb və həmin mənzilləri öz hesabına “abıra salmaq” məcburiyyətində qalıb.

“Nüşabənin xarabasına belə unitaz qoydurmağa məcbur olmuşam. Yoldaşına dedim ki, ay insan, sənin xarabana mən niyə unitaz qoydurmalıyam? Nüşabənin xarabasındakı unitazı usta ilə birlikdə 5-ci mərtəbədən aşağı düşürmüşəm. Allaha and olsun, iyrənə-iyrənə, əlacı kəsilmiş vəziyyətdə, bütün bədənim səpə-səpə aparıb zibilliyə atmışam. Ümumiyyətlə, heç inanmırdım ki, o unitaz düzələ bilər. Niyə mən kirayə qaldığım mənzildə, özgənin unitazını düzəltdirməliyəm? Nüşabənin ərinə, oğluna nə gəlib?”, – deyə yazar xanım şikayətlənib.

Şikayətdən xəbər tutan müğənni Nüşabə Ələsgərli sərt rekasiya verib. Müğənni S.Gültəni təhqir edib:

“Birincisi xaraba sənin evindir. İkincisi isə mənim harda yaşadığımı bilənlər bilir. Mənim unitazım sənin başından qiymətlidir. Sonra da ki, əgər sən mənim uzumü görmüsənsə, mənim üzümə, əgər görməmisənsə, sənin üzünə lənət, köpəkoğlunun yetimçəsi”.
loading...
XƏBƏR LENTİ
22-06-2018, 15:27