18 okt 11:03Sosial

İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb - VİDEO

İcra hakimiyyətinin binasına cırıq bayraq asılıb - VİDEOBakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb.

Baku.ws yaydığı videoda dövlət bayrağının cırıldığı açıq-aydın görünür. İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.

***

Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nailə Məmmədova məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, bu təbii haldır: "Külək əsən zaman bu cür hallar baş verir. Külək dayanandan sonra bayraq yenisi ilə əvəzlənir. Məsələni reytinq naminə ictimailəşdirməyə, hadisəni şişirtməyə ehtiyac yoxdur”.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ