17 okt 16:47Sosial

Araz Əlizadə: “Mədət Quliyev mənə cavab verdi ki, atam heç vaxt DTK agenti olmayıb”

Araz Əlizadə: “Mədət Quliyev mənə cavab verdi ki, atam heç vaxt DTK agenti olmayıb”Bu yaxınlarda müxalifətçi fəallar sosial şəbəkələrdə bildiriblər ki, məşhur siyasətçi, Sosial-Demokrat Partiyasının lideri, Milli Məclisin deputatı Araz Əlizadənin atası sovet illərində ölkənin ikinci prezidenti Əbülfəz Elçibəyin həbsinə bais olub. Guya görkəmli azərbaycanlı şərqşünas alim Məmmədmübariz Əlizadə məhkəmədə iştirak edərək, Elçibəyə qarşı ifadə verib və Elçibəy özü isə son sözdən imtina edib və M.Əlizadənin çıxış edərək özünü biabır etməsini deyib.

Bununla bağlı virtualaz.org Araz Əlizadəyə müraciət edib. Millət vəkili suala cavab olaraq bildirib ki, məsələ ilə əlaqədar Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyevə müraciət edib.

“Xahiş etdim ki, atamın xüsusi xidmət orqanlarının gizli əməkdaşı olub-olmaması barədə mənə məlumat versinlər və Əliyev Əvülfəz Qədirqulu oğlunun məhkəmə işinin materialları ilə tanış olmaq imkanı barədə bildirsinlər. Qeyd etdim ki, atamın parlaq ruhu qaralanır və bunları öyrənmək mənim üçün vacibdir. Mədət müəllimə çox təşəkkür edirəm ki, o, mənə aydın cavab verdi: sizin atanızın adı milli təhlükəsizlik orqanlarının gizli əməkdaşlarının siyahısında yoxdur və o, Əliyev Əbülfəz Qədirqulu oğlunun məhkəməsində iştirak etməyib”, - A.Əlizadə deyib.
loading...
XƏBƏR LENTİ