17 okt 13:51Sosial

“Yurd” “Aprel döyüşləri”nin xatirəsinə kikboksinq turniri keçirib

“Yurd” “Aprel döyüşləri”nin xatirəsinə kikboksinq turniri keçirib“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi “Aprel döyüşləri qələbəmizin ilk carçısıdır!” adlı layihəyə start verib.

Xızı, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında reallaşdırılacaq layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə keçirilən kikboksinq turnirinin açılış mərasimində çıxış edən layihə rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihənin əsas məqsədi yetişməkdə olan gənc nəslə aprel döyüşlərində şəhid olan igidilərimizin, qəhrəmanlarımızın həyatını təbliğ etməklə onları daim yaşatmaq, gənc nəsildə vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etməkdir. O, öz çıxışında aprel döyüşlərinin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu döyüşlər nəticəsində igid oğullarımızın qanı bahasına erməni qəsbkarlarından bir qısım ərazilərmiz - Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəklik azad edilib. Lələ təpənin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat yenidən qaynamağa başlayıb.

“Yurd” “Aprel döyüşləri”nin xatirəsinə kikboksinq turniri keçiribCənab Prezidentimizin sərəncamı ilə infrastrukturun qurulması üçün xeyli vəsait ayrılıb, yeni məktəb, səhiyyə ocaqları tikilib əhalinin istifadəsinə verilib. Natiq çıxışında qeyd edib ki, aprel döyüşləri zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə bir qrup hərbiçimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri adlara, Samid İmanov isə ölümündən sonra “Azərbaycanının Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Bu döyüşlərdə Şabran rayonunun Zeyvə kənd sakini Babək Abidov, Xızı rayonunun Giləzi qəsəbə sakini Ravil Novruzov, Xaçmaz rayonunudan olan Elvin Qayıbov, Elvin Mirzəyev və Əmrah Yüzbəyov, Qusar rayonundan olan Yalçın Osmanov və Əmiraslan Xeyirbəyovun qəhrəmancasına şəhid olmasını bildirən layihə rəhbəri tədbirlərin regionlarda keçirilməsinin də məhz həmin şəhidlərin xatirəsinə həsr olunduğunu qeyd edib, tədbirlər zamanı şəhidlərimizin məzarlarının ziyarət ediləcəyini də vurğulayıb.

“Yurd” “Aprel döyüşləri”nin xatirəsinə kikboksinq turniri keçiribRəsmi hissə başa çatdıqdan sonra Quba və Xaçmaz rayonundan olan 40 idmançı 11 çəki dərəcəsində mübarizə aparıb.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən diplom və medallar, eləcə də layihə çərçivəsində hazırlanmış xüsusi kitabça və bukletlər təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə vəsaiti ilə icra edilən layihə çərçivəsində Xızı rayonunda sərbəst güləş, Qusar və Şabran rayonlarında cüdo, Quba rayonunda isə atıcılıq yarışları və gənc rəssamların sərgisinin təşkili nəzərdə tutulur.
“Yurd” “Aprel döyüşləri”nin xatirəsinə kikboksinq turniri keçirib

loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ