17 okt 13:01Sosial

“Oazis”də polisi döyüblər? - Açıqlama

“Oazis”də polisi döyüblər? - AçıqlamaBinəqədi Rayon Mühafizə İdarəsinin əməkdaşı Həsənzadə Turalbəy Mehman oğlu restoran çıxışında sərxoş şəxslər arasında düşən mübahisəni sakitləşdirmək istəyən zaman xəsarət alıb.

Bu sözləri Axar.az-a Binəqədi Rayon Mühafizə İdarəsindən 15 oktyabr tarixində “Oazis” restoranında olduğu deyilən davada yaralanan idarənin əməkdaşı barədə danışarkən deyiblər. İdarə əməkdaşlarının verdiyi məlumata görə, T.Həsənzadə üz nahiyyəsindən yumruq zərbəsi alıb:

“Vəziyyəti yaxşıdır, səhhəti ilə bağlı heç bir problem yoxdur. Hazırda ərazidədir, xidməti vəzifəsini yerinə yetirir”.

Binəqədi Rayon Mühafizə İdarəsindən həmçinin onu da bildiriblər ki, dava 8-ci mikrorayon ərazisində, küçədə vaş verib.

Məsələ ilə əlaqədar Axar.az-a açıqlama verən “Oazis” restoranının adminstratoru da bildirib ki, qeyd edilən tarixdə restoranda heç bir mübahisə baş verməyib:

“Oazis” restoranının adı çıxıb. Bu ərazidə nə baş versə, hamı bizim restoranı günahlandırır. Həmin mübahisədən məlumatımız var, ancaq hadisə küçədə baş verib, bizim restorana heç bir aidiyyəti yoxdur”.

Qeyd edək ki, 15 oktyabr tarixində paytaxtın Binəqədi rayonu ərazisində restoranların çox olduğu 8-ci mikrorayonda kütləvi dava olub.

Restoranlardan birindən çıxan Bakı sakinləri- 1988-ci il təvəllüdlü Rüstəm Cəfərov, 1992-ci il təvəllüdlü Ramiz Babazadə və 1989-cu il təvəllüdlü Sumqayıt sakini sərxoş vəziyyətdə dalaşıb. Hadisə yerinə gələn DİN Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Həsənzadə Turalbəy Mehman oğlu xuliqanları asayişi bərpa etməyə çağırıb. Lakin davanın gedişində dalaşanlardan biri polisin gözünə yumruq vurub və hadisə yerindən qaçaraq gizlənib.

Hadisənin “Oazis” restoranında olduğunu “Sputnik Azərbaycan” saytı yazmışdı.

Xatırıladaq ki, polisə hücum edən şəxsin Rüstəm Cəfərov olduğu məlum olub və o, 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Cinayət Məcəlləsinin 221-ci maddəsi (xuliqanlıq) ilə cinayət məsuliyyətinə cəlb edilib.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ