15 okt 19:52Sosial

Polis rəisinin müavinini güllələyənlər saxlanıldı, "Hafka"nın həbs xəbəri isə yalan çıxdı

Polis rəisinin müavinini güllələyənlər saxlanıldı, "Hafka"nın həbs xəbəri isə yalan çıxdıBakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsi paytaxtda törədilən silahlı insidentlə bağlı birgə məlumat yayıb.

Şəhər Prokurorluğundan daxil olan birgə məlumatda qeyd olunur ki, oktyabrın 14-də saat 19 radələrində Bakı şəhəri, Səbail rayonu, Ş.Şamil küçəsi 16 saylı ünvanda yerləşən çay evində naməlum şəxslər Mədətov Müşfiq İsrafil oğluna qarşı xuliqanlıq hərəkətləri edib ictimai qaydanı kobud surətdə pozaraq sonuncunu bıçağın dəstəyi ilə vurub ona xəsarət yetiriblər:

"Həmin faktı üzrə Səbail Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Oktyabrın 15-də saat 04.00 radələrində həmin cinayət işi üzrə hadisəni törətmiş şəxslərin müəyyən edilməsi istiqamətində Səbail RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonu ərazisində "Leksus” markalı 90-LT-997 dövlət nömrə nişanlı avtomaşında olan şəxslər üzərlərində olan odlu silahlardan əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşlarına atəş açıb, nəticədə Səbail RPİ-nin Əməliyyat işləri üzrə rəis müavini, polis polkovniki Axundzadə Orxan Abdulla oğlu xəsarət alıb.

Hadisəni törədən şəxslər həmin avtomobillə hadisə yerindən qaçıblar.

Həmin fakt üzrə Nizami rayon Prokurorluğunda Cinayət Məcəllsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və hadisə yerinə baxış keçirilib. Hadisə yerindən 1 ədəd 12 mm və 6 ədəd 9 mm kalibrli gilizlər götürülüb və müvafiq ekspertizalar təyin edilib.

Cinayət işləri istintaqın davam etdirilməsi üçün Bakı şəhər Prokurorluğunun icraatına verilib.

Bakı şəhər Prokurorluğu və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinənlər - 1992-ci il təvəllüdlü Abbasov Kazım Tapdıq oğlu, əvvəllər məhkum olunmuşlar - 1982-ci il təvəllüdlü İsmayılov Məhəmməd Həsən oğlu və 1976-cı il təvəllüdlü, Həsənov Emin Vaqif oğlu olması müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 29, 120.2.3 və 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda qeyd edilən cinayət işi üzrə hadisənin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir".

****

Bu gecə Bakıda ağır cinayətlər törədərək, qaçmağa çalışan dəstə üzvləri polisin keçirdiyi əməliyyatla saxlanılıb.

Strateq.az xəbər verir ki, əməliyyat zamanı saxlanılan 3 nəfər artıq prokurorluğa təhvil verilib.

İlkin məlumata görə, hadisəni törədənlər atəş açdıqları şəxsin polis olduqlarını bilmədiklərini deyiblər.

Onu da qeyd edək ki, bu cinayət hadisəsi ilə bağlı müəyyən media vasitələrində tanınmış iş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədovun da saxlanıldığı xəbəri yayılsa da, Strateq.az-ın mənbələrinin dəqiqləşdirməsinə görə, bu xəbər tamamilə yalandır. Belə ki, saxlanılanlardan birinin vaxtilə Hafiz Məmmədovun mühafizə xidmətində çalışdığı söylənsə də, həmin şəxsin hazırda "Hafka" ilə heç bir əlaqəsinin olmadığı aydınlaşıb…

Ümumiyyətlə, bu cinayət hadisəsi ilə bağlı ilk anlardan mediaya məqsədli olaraq yanlış informasiyaların verildiyi də gələn xəbərlər sırasındadır…

Bildirilir ki, hadisə Prezidentin Mühafizə Xidmətinin keçmiş əməkdaşı, vsonradan isə 23-cü Polis Bölməsinin rəisi işləmiş və bu postdan da həbsə göndərilmişMüşfiq Mədətovla onu bıçaqladığı deyilən şəxslər arasında uzun müddətdir gedən "mübahisə" zəminində baş verib.

DİN və Baş Prokurorluğun hadisəylə bağlı təfərrüatlı açıqlama verəcəyi gözlənilir.

***

Bu gecədən başlayaraq Bakıda bir neçə ağır cinayətlər törədən dəstə üzvlərinin kimliyi məlum olub.

Bu barədə "Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, dünən axşam Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətova hücum edənlərin tutulması üçün bu gün əməliyyat keçirilib: "Əməliyyat zamanı silahlı şəxslər Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadəni yaralayıblar. Yaralı zabit hospitala yerləşdirilib. Hazırda vəziyyəti yaxşıdır”.

E.Zahidov bildirib ki, cinayətkar dəstənin kimliyi müəyyənləşdirilib: "Cinayətkarların idarə etdiyi avtomobilin dövlət nömrə nişanı və kimlikləri müəyyənləşdirilib. Hazırda onları tutulması istiqamətində tədbirlər davam etdirilir”.

Virtualaz.org isə xəbər verib ki, Muşviq Mədətova hücum edən "Transgeyt” nəqliyyat şirkətinin sabiq prezidenti Elnur Həsənovun qardaşı Emil Həsənov olub.

Məlumatlı mənbələrdən virtualaz.org-a bildirilib ki, onun avtomobilini təqib edən polislərə də o atəş açıb. Cinayətin motivləri bəlli deyil.

Qeyd edək ki, "Transgeyt” Açıq Səhmdar Cəmiyyəti Bakıda onlarla avtobus marşrutuna nəzarət edirdi. 2015-ci ildə şirkət faktiki olaraq müflis oldu.

Virtrualaz.org həmçinin Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadənin yaralandığı hadisənin təfərrüatlarını da öyrənib.

Bildirilir ki, O.Axundzadə və 9-cu Polis Bölməsinin rəisi Elsevər Qədirov salonunda şübhəli şəxslərin olduğu "Toyota Prado” avtomobilini təqib ediblər.

Qara Qarayev prospektindəki "Ruslan 93” idman kompleksinin yaxınlığında Orxan Axundzadə "Toyota Prado” avtomobilinə yaxınlaşıb. Bu vaxt maşında olan üç nəfərdən biri polislərə "Vinçester" markalı tüfəngdən atəş açıb və onu yaralayıb.

Polis əməkdaşları ilə cinayətkarlar arasında atışma başlanıb. Cinayətkarlar aradan çıxmağı bacarıblar.

Səbail Rayon Polis İdarəsinin rəisi də hadisə yerinə gəlib.

Hadisəni törədən cinayətkarların yaxalanması üçün müvafiq tədbirlər görülür.
loading...
REKLAM
Hüquqi Məsləhət - Xidmət Mərkəzi
Tel - 5968740, 055 640 94 59, 050 331 75 86.
Ünvan - Rəsul Rza, 96 ("Nizami" metrostansiyasının yaxınlığı)
XƏBƏR LENTİ