13 okt 14:12Sosial

ATV-də növbəti kadr dəyişikliyi

ATV-də növbəti kadr dəyişikliyiXəbər verdiyimiz kimi, ATV-nin prezidenti Vüqar Qaradağlının işdən çıxarılmasından sonra kanalın idarəçiliyi CBC telekanalının baş direktoru Azər Xəlilova tapşırılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Azər Xəlilov dünən ATV kanalının mühafizə xidmətinin rəisi Azər Hacıyevi vəzifəsindən azad edib. Onu növbə rəisi vəzifəsinə təyin edib.

Azər Xəlilovun digər əmri ilə, ATV-də növbə rəisi vəzifəsində çalışan Rüfət adlı şəxs xidmətin rəisi vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Azər Hacıyev bundan əvvəl Lider TV-nin mühafizə xidmətində çalışıb. Vüqar Qaradağlı ATV rəhbərliyinə gəldikdən sonra, ona kanalda mühafizə xidmətinin rəisi vəzifəsi verib.
loading...
Reklam
XƏBƏR LENTİ